• Təqvim

  • Maraq



Qazaxlı gənclər 27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizi yad ediblər


Sentyabrın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı “Zəfərə gedən yol” başlığı altında toplantı keçirilib. 

44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin və torpaqlarımızın bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinə yaradılmş “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin önündə keçirilən tədbirdə gənclər şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Vətən uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. V.Nəbiyev qeyd edib ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmiz cənab İlham Əliyevin  rəhbərliyi altında Vətən müharibəsində tarixi qələbə qazandı, düşmənə layiqli dərsini verdi. Vətən müharibəsində digər bölgələr kimi Qazaxdan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza baş ucalığı gətirdilər.


Daha sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Bakı Dövlət Universitetinin Qazax filialı Tələbə Gənclər Təşkilatının sədr müavini Elşad Əliyev, Vətən müharibəsi qazisi Sahib Qurbanov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının   Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət basşçısının ətrafında sıx birləşməsinin baris ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildiyini vurğulayıblar.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri tərəfindən şeirlər söylənilib, səhnəcik nümayiş etdirilib.

Tədbir Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinin “Xudayar təsnifi” ifası ilə başa çatıb.

GOYEZEN.AZ



Facebook-da paylaş