"Əxlaqi dəyərlər və inkişafa gedən yolda olan maneələr" mövzusunda təlim keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı
ilə Bakı Dövlət Universitetinin "Sosial iş" fakültəsinin II kurs tələbəsi
Musa Paşayev tərəfindən "Əxlaqi dəyərlər və inkişafa gedən yolda olan maneələr"
mövzusunda təlim keçirilib.
Təlim zamanı M.Paşayev əxlaqi dəyərlər və onların cəmiyyətin
inkişafına təsirləri, inkişafa mane olan ünsürlər - komplekslər, tənqid və təhqir,
düşünmənin formaları, neyro-linqvistik proqramlaşdırma (NLP) mövzuları üzrə öz
bilgilərini paylaşıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş