Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yazır: “Qoy o Dəmir yumruğuna keşik çəkim!”
Müzəffər Ali Baş Komandanımızın komandanlığı ilə Müzəffər Azərbaycan Ordusu erməni işğalçılarına qarşı 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində qarşısında duran vəzifəsinin öhdəsindən ləyaqətlə və şərəflə gəldi. İşğal altında olan Qarabağ torpaqlarını azad etdi və yeni bir tarix yazdı. Bu tarix zaman-zaman nəsillərimizə örnək olacaq və dünyada bu şanlı müharibədəki Qələbəmizin səbəbləri və sirləri dərslik kimi dönə-dönə öyrəniləcəkdir.
Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasını, 30 illik həsrətdən sonra doğma torpaqlarımızı düşmən tapdağından azad etməsini, əldə etdiyimiz qələbələri böyük sevinc hissi ilə qarşılayan vətəndaşlarımız bu gün də bunu ürək sözləri ilə ifadə edirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal da ziyalı olaraq Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan tarixi Qələbəni böyük ruh yüksəkliyi ilə qarşılayır. Təbrikini, səmimi ürək sözlərini Ali Baş Komandanın ünvanına yazdığı şeirində çatdırır. Təbrik və minnətdarlıq dolu həmin şeiri təqdim edirik:
KEŞİKÇİ
Cənab Ali Baş
Komandan, öndə olum,
İcazə ver, qoy əsgərin mən də olum.
Vətən deyən, Allah
deyən bəndə olum,
Daim Haqqa, Ədalətə
keşik çəkim,
Qazandığın məhəbbətə
keşik çəkim!
Müzəffərdir,
qurban olsun canım mərdə,
Allah onu bərk
saxlasın qoy nəzərdə!
İcazə ver, azad
olmuş kənd-şəhərdə
Qaldırdığın
bayrağına keşik çəkim,
Azad olmuş
torpağıma keşik çəkim!
Görən deyir, bax,
Komandan belə olar,
Komandan şah, şah
Komandan belə olar!
Millətinə Baş
Komandan belə olar,
Sənin kimi Hünərvərə
keşik çəkim,
Yazılıbsa adın
hara... keşik çəkim!
Axıb Araz nə deyir gör... yaşa, yaşa!
Biz sayəndə sahib
çıxdıq torpaq-daşa
Xudafərin körpüsünün
üstə düşən,
Sənin ayaq izlərinə
keşik çəkim,
Özüm dönüm gözlərinə,
keşik çəkim!
Alovlandı, yandı
yenə od-ocağım,
Keçmiş olsun çəkdiklərin,
a torpağım!
Şükür olsun, azad
oldu Qarabağım,
Yurdun məscid-minarəsi...
keşik çəkim,
Ucaldıqca Azan səsi,
keşik çəkim!
Gözəlliklər gözə gəlmiş
şəklindədir,
Gözəlliklər əslimdədir,
kökümdədir,
Aman Allah, qəbristanlar
nə gündədir,
Dağıdılmış məzarlara
keşik çəkim,
Yerlə-yeksan əzalara
keşik çəkim!
O oğulmu Vətəninə
baş əyməsin?
Hər kimin ki, qeyrəti
yox, yaşamasın!
Bir əsgərin
ayağına daş dəyməsin,
Onların hər
birisinə keşik çəkim,
Azərbaycan
Ordusuna keşik çəkim!
Şah İsmayıl Xətaimiz
sənsən indi,
Hünər sənin, Zəfər
sənin Zəfərindi!
Səda gəldi, dindi
yerlər, göylər dindi:
Min yaşasın Azərbaycan
keşik çəkim,
Məni də öz arxanda
san, keşik çəkim!
Haqqın vardır ey qəhrəman,
yaşayasan,
Belə deyir tarix,
zaman, yaşayasan,
Yaşadıqca Azərbaycan,
yaşayasan,
Eşq olsun, eşq,
Yurd oğluna, keşik çəkim,
Qoy o Dəmir
yumruğuna keşik çəkim!
Barat VÜSAL,
Azərbaycan
Yazıçılar Birliyinin Qazax filialının sədri,
şair, Əməkdar incəsənət
xadimi
Facebook-da paylaş