Yadigar qol saatı
SƏNƏTKARLARIN HƏYATI SİLSİLƏSİNDƏN-----------------
Səməd Vurğunun yaradıcılığının, eləcə də həyatının ən qaynar, ən coşub-daşan dövrləri idi. O, yazıb-yaratmaqla yanaşı, sovetlər ölkəsində keçirilən bədii-ədəbi tədbirlərdə tez-tez iştirak edir, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi kimi respublikamızın adını gündən-günə ucaldırdı. Səməd Vurğun tez-tez qonşu Gürcüstanda da olur, odlu-alovlu çıxışları ilə ürəkləri fəth edirdi.
O, hər dəfə Tiflisdən qayıdarkən Qazax rayonuna da baş çəkir, anadan olduğu Yuxarı Salahlı kəndindəki camaatla görüşür, qohum-əqrəbası ilə hal-əhval tuturdu.
Belə vaxtlarda Aşağı Salahlı kəndində yaşayan maması (bibisi) oğlu Mustafanı da unutmur, bəzən gecəni də onun evində qalırdı.
Belə səfərlərin birində Səməd Vurğun yenə də Mustafa Həsənovun evinə qonaq gəlmişdi. Doqqazdan içəri keçəndə gördü ki, evdə, həyətdə bir canlanma, şadyanalıq var. İlk dəqiqələrdən heç nə başa düşmədi.
Onu qarşılayan Mustafanın da üzü gülürdü. Mustafa dayısı oğlu Səmədlə çox mehribanlıqla görüşdü. Elə ilk sözdən Səməd Vurğun: - Ayə, a Mustafa, deməzsənmi bu evdə nə olub? – deyə soruşdu. – Maraqdan lap ürəyim üzüldü ki...
Mustafa onu intizarda qoymayıb gülə-gülə:
- Qızım anadan olub, - deyə sevincək bildirdi.
Səməd Vurğun bu xəbəri eşidən kimi onu bir də qucaqlayıb üz-gözündən öpdü. Şairin sevinci birə-beş artdı. Gülə-gülə dedi:
- Ayə, a qıvlasız, denən ki, daha dədə olmuşam. Bundan da gözəl gün, gözəl an ola bilərmi? Özü də deyəsən lap vaxtında gəlmişəm. Bu günü qeyd etməsək günah olar.
Səməd Vurğun geri qayıdıb gəldiyi “Vilis”in sürücüsünü yanına çağırdı və ona pul verib nə isə tapşırdı. Sonra Mustafa ilə söhbət edə-edə evə keçdilər. Səməd Vurğun birdən söhbətinə ara verib nə fikirləşdisə:
- Mamaoğlu uşağın adını mən qoyacam, - dedi. – Əgər uşağın anadan olmasının üstünə mən gəlib çıxmışamsa, deməli onun adını da mən qoymalıyam. Hə, nə deyirsən? – Əlini Mustafanın çiyninə vurub xəbər aldı.
- Nə deyirəm ki, sən istədiyin kimi olsun. – Mustafa razılığını bildirdi.
Səməd Vurğun bir anlıq fikrə gedib nəyi isə götür-qoy elədi və gülə-gülə:
- Uşağa nənəmin adını qoyuram, - dedi. – Qoy adı Gülal olsun. Bunu evdəkilər də razılıqla qarşıladılar. – Qoy Gülal nənəm kimi qeyrətli, namuslu, həm də uzun ömürlü olsun.
Bir az söhbət etmişdilər ki, sürücü içəri girdi. O, Səməd Vurğunun tapşırdıqlarını alıb gətirmişdi. Evdə böyük bir süfrə açdılar. Qohum-qonşu da buraya yığıldı. Kənddə Səməd Vurğunun gəldiyini eşidənlərin hamısı Mustafanın evinə toplaşmışdı. Məclisə yığışanlar gecə yarısınadək yeyib-içdilər, söhbət edib şənləndilər.
Səməd Vurğunun Aşağı Salahlı kəndinə gəldiyi həmin gün 1934-cü ilin iyulun 7-si günü idi. O gündən sonra Səməd Vurğun hər dəfə Qazaxa gələndə Mustafa ilə görüşür və ondan Gülalı soruşurdu. O, Gülala “Nənəş” dediyi üçün hər dəfə onu xəbər alanda:
- Nənəş necədir, böyüyürmü? – deyə sual edirdi. – Qoy böyüsün, onu özüm oxudacam.
Zaman ötdü, ağır günlər başladı. Müharibə çox evlərin işığını söndürdü. Ölüm-itim xəbəri qara kabus kimi qapıları döydü. Evlərə, analara, bacılara, gəlinlərə nər igidlərin qara kağızları gəldi.
Mustafa müharibədən geri dönəndən az sonra dünyasını dəyişdi. Atasının boyuna güvəndiyi Gülal kiçik yaşlarından atasız qaldı.
Yetimliklə böyüməyə başladı uşaq. Ailənin yeganə övladı idi. Bir il sonra isə anasını itirdi. Anasının dəfnindən sonra qohum-əqrəba öz evinə çəkilib getdi. Bundan sonra Gülalın qara günləri başladı. Qız uşağı bir damın altında tək qaldı.
Müharibəyə başı qarışdığı üçün Səməd Vurğun da kəndə gəlmir, onlarla hal-əhval tutmurdu. Cəbhə xəttində, döyüş səngərlərində olan şair arxa cəbhə ilə əlaqə saxlaya bilmir, qohumlarına baş çəkmirdi.
Elə ona görə də neçə il idi ki, Səməd Vurğun Gülalı görmürdü. Gülal isə artıq böyümüşdü. Evdə tək qalan uşaq bilmirdi ki, nə etsin. Gecələr tək yatmağa da qorxurdu. O, həyan axtarırdı. Kənddə isə ona həyan olan yox idi.
Bir gün qonşuları Əyyub adlı bir kişi Qazaxa camaat arasında “Mal bazarı” deyilən bazara getməyə hazırlaşırdı. Gülal bunu eşidən kimi onlara gedib:
- Əyyub dayı sabah məni də Qazaxa apararsanmı? – deyə ondan xahiş elədi.
Dünya görmüş Əyyub kişi soruşdu:
- Qazaxda nə işin var, a bala? Kimə, hara getmək istəyirsən?
- Qazaxda xalam yaşayır, Nazxanım xalam, onlara gedəcəm, - dedi Gülal. – Elə bazarın yanında, Ağstafa çayının qırağında olurlar. Əyyub kişi Gülalın Qazaxa gedişinin səbəbini biləndən sonra razı oldu.
- Nə deyirəm ki, a bala, hazırlaş, səhər tezdən çıxarıq.
Səhərisi gün Gülal Nazxanım xalasıgilə gəldi. Bu evdə də vəziyyət heç ürək açan deyildi. Evdə on uşaq atasız böyüyürdü. Ailə güc-bəla ilə dolanırdı. Doyunca yeməyə nə çörək var idi, nə də geyinməyə paltar. Bu minvalla Gülal 6 ay burada qaldı.
Bir gün evin böyük oğlu İsrayıl anasına dedi ki, sabah klubda şairlər çıxış edəcəklər. Hələ Bakıdan artistlər də gəlib.
İsrayıl anasını bir təhər dilə tutub ondan 4 bilet almaq üçün güc-bəla ilə pul qopara bildi. Uşaq çox, pul az, hamı da getmək istəyir. İsrayıl Gülala dedi ki, sabah səni də aparacam.
Sevincindən, həyacanından həmin gecə səhərə qədər yata bilmədi Gülal. Çünki o, ömründə ilk dəfə kluba gedəcək, çıxışlara baxacaqdı. Gülalın heçnədən xəbəri yox idi. Axı, o, hardan biləydi ki, sabahdan onun həyatı tamamilə dəyişəcək, acı günlərə, ağır həyata birdəfəlik son qoyulacaqdır.
Həmin xoş günlərdən isə Gülalı yalnız bir gün ayırırdı. Yalnız bircə gün. Ertəsi gün Gülal kluba getmək istəmirdi. Paltarı yamaqlı olduğu üçün çox pis vəziyyətdə idi. Geyinməyə ayaqqabısı da yox idi. Uşaqlar bir təhər dilə tutub onu kluba apardılar. Bilet alıb yerlərini tutdular.
O vaxt mədəniyyət klubu Qazaxın indiki müəllimlər evində yerləşirdi. Biletləri ikinci sıraya idi. İsrayıl biletlə birlikdə günəbaxan tumu da almışdı. Uşaqlar bir anın içində tumu çırtlayıb qurtardılar. Gülal tumun büküldüyü kağızı atmağa yer tapmadığı üçün əlində saxlamışdı.
Tum qabıqlarını görən xidmətçi qadın isə uşaqlara deyinirdi. Elə bu vaxt tədbir başladı. İlk olaraq tribunaya Səməd Vurğun çıxdı.
O, həmişəki kimi yenə də odlu-odlu çıxış edərək şeirlərini oxudu. Zalda hamı ayağa durub əl çalaraq onu alqışlayırdı.
Səməd Vurğun çıxış edib qurtarandan sonra İsrayıl Gülala dedi ki, Səməd Vurğuna məktub yaz ki, mən burdayam. Bu sözdən Gülal özünü itirdi. Axı, o, Səməd Vurğuna necə məktub yaza bilərdi. Onu sonuncu dəfə lap kiçik yaşlarında görmüşdü.
Aradan gör neçə il keçib. Bu düşüncələr içində tərəddüd edirdi. Lakin İsrayılın təkidindən sonra bayaqdan bəri əlində bərk saxladığı kağız parçasına “Səməd əmi mən burdayam. Səninlə görüşmək istəyirəm. Gülal” - sözlərini yazdı. İsrayıl həmin kağız parçasını xidmətçi qadına verib xahiş etdi ki, bunu Səməd Vurğuna çatdırsın.
Amma bayaqdan onların hərəkətlərindən narazı qalan xidmətçi qadın razı olmadı. İsrayıl bir də xahiş edib yalvardı. O, yenə də razılaşmadı. Birdən bunu görən Səməd Vurğun:
- A bacı, o kağızı mənə ver, görüm nə yazıblar, - deyə əlini xidmətçi qadına uzatdı.
Kağızı alıb oxuyandan sonra bir anlıq zala baxdı. Sonra ayağa qalxıb səhnədən zala düşməyə başladı. Bu vaxt Gülal ayağa durub ona sarı gəldi. Səməd Vurğun həyacandan titrəyən uşağı bağrına basıb:
- Ay Nənəş, indiyəcən hardaydın? Səni kənddən neçə dəfə soruşmuşam. Qazaxa getdiyini, amma yerini bilmədiklərini deyiblər, - söylədi. Sonra Gülalın əlindən tutub özü ilə birlikdə səhnəyə qaldırdı. Stul çəkib özü ilə yanaşı oturdub onunla söhbət etməyə başladı.
Həmin günü Gülal belə xatırlayır:
- Özümü tamam itirmişdim. Az qalırdı ki, ürəyim ağzımdan çıxsın. Üzüm, əllərim od tutub yanırdı. Çətin olsa da başıma gələnləri Səməd əmiyə danışdım. Harda qaldığımı, necə yaşadığımı ona dedim. Konsert qurtarandan sonra Səməd Vurğun mənə xeyli pul verərək:
- Bunu xalana verərsən, - dedi. – Sabah dalınca maşın göndərəcəm. Sən mütləq oxumalısan.
Sonra sürücünü çağırıb dedi ki, bu uşaqları evlərinə apar. Getdiyin yeri də yadında saxla. Çünki sabah ora bir də gedəcəksən.
Biz “Vilis”ə minib evimizə gəldik. Həmin gün bizim üçün toy-bayram idi. Zarafat deyil Səməd Vurğun bizimlə söhbət etmiş, öz maşını ilə bizi yola salmışdı. Mənə verilən pulu xalama çatdırdım. Xalam bunu görən kimi kövrəlib ağladı. Əlini göyə qaldırıb “Yetimlərin də Allahı var imiş” - dedi.
Həmin gecə səhərəcən yata bilmədi Gülal. Yetim qalmış, ata-ana qayğısı görməmiş bir qızcığaz birdən-birə özünə qarşı qayğı görmüş, isti nəfəs duymuşdu. Səməd Vurğunun yetimlik buzunu əridən qaynar baxışları, insanlığın ən uca zirvəsi olan alicənablığı onun sınıq ürəyinə bir məlhəm olmuşdu.
Bu böyük insanın hərəkətləri gözləri önündən getmir, ilıq sözləri qulaqlarından çəkilmirdi, Gülalın. Elə bil atası müharibədən qayıdıb gəlmişdi. Anası saçlarına sığal çəkirdi Gülalın. Həmin gecə yetimliyini unutmuşdu Gülal.
Bu fikir, duyğularla səhəri gözündə açdı. Sabah hələ nələr olacağını bilmirdi. O, bilmirdi ki, əzablarla, məhrumiyyətlərlə dolu olan bu evdə bir daha yaşamayacaqdır.
O, bilmirdi ki, Tanrının göndərdiyi bu xeyirxah insan onun həyatını başdan-başa dəyişəcəkdir. Axı, hardan biləydi ki?!
Səhər tezdən Səməd Vurğunun göndərdiyi “Vilis”in səsi onu xəyallardan ayırdı. Maşın qapıda dayanıb Gülalı gözləyirdi. O, maşına oturub bazarın yanına gəldi. Səməd Vurğun burada onu gözləyirdi.
- Sabahın xeyir olsun, ay Nənəş balam, - dedi. Sonra onun əlindən tutub indiki poçt binasının yerində yerləşən Cabbar adlı bir dükançının mağazasına apardı. O vaxtlar hazır qız, qadın paltarları satılmırdı.
Ona görə də Səməd Vurğun bütün parçalardan aldı. Ayaqqabı, corab, bir sözlə, Gülal üçün nə lazım idisə hamısını alandan sonra mağazadan çıxdılar. Səməd Vurğun onu tikiş otelyesinə gətirib dərzilərə aldığı parçalardan Gülal üçün paltar tikməyi tapşırdı. Onun ölçüləri götürüldükdən sonra Səməd Vurğun:
- Hə, indi gedək gözləyək, - dedi. – Yəqin ac olarsan, elə mən də heçnə yeməmişəm.
Yaxınlıqdakı yeməkxanada səhər yeməyi yeyib çay içdilər. Çox keçmədi ki, dərzilər paltarların hazır olduğunu bildirdilər. Gülalın bir-birindən yaraşıqlı, gözəl biçimli paltarlarını iri bir çamadana yığmışdılar. Çamadanı Səməd Vurğunun özü götürdü.
- Sən balaca olanda mən Mustafaya deyirdim ki, Nənəşi mən oxutduracağam. İndi həmin vədə əməl etmək vaxtı gəlib çatıb. Gedək pedaqoji məktəbə, səni ora qəbul etdirim. Sən mütləq oxuyub gələcəyə layiqli bir övlad olmalısan.
Onlar 1918-ci ildə əsası qoyulmuş, vaxtilə Qazax Müəllimlər Seminariyası adlanmış Qazax Pedaqoji Məktəbinə gəldilər. Səməd Vurğunu məktəbin direktoru Əli Əliyev qarşıladı. Şairin gəlişi ilə əlaqədar məktəbdə böyük canlanma əmələ gəldi.
Müəllimlər onunla görüşüb hal-əhval tutur, şagirdlər salam verib maraqla ona baxırdılar. Səməd Vurğun hamı ilə gülərüz görüşür, müəllim və şagirdlərlə ünsiyyətdə olurdu. Bu onun böyüklüyündən, qəlbinin genişliyindən, alicənablığından irəli gəlirdi.
Əli Əliyevin kabinetinə keçdilər. Səməd Vurğun məktəblə bağlı direktora suallar verir. Çatışmazlıqları öyrənmək istəyirdi. Onun danışığından məktəbə kömək göstərmək arzusu hiss olunurdu. Bir az keçmişdi ki, iki qız uşağı qapını döyüb icazə alandan sonra içəri girdilər.
Əli müəllim Gülala onlarla getməyi tapşırdı. Qızlar çamadanı da götürüb Gülalla birgə şəhərdəki hamama gəldilər. Ordan çıxanda Gülal başdan-başa dəyişmişdi.
Əynində gözəl yaraşıqlı paltar, ayağında təzə ayaqqabı, corab, üzündə də təbəssüm var idi. Onu tanımaq olmurdu. Gülalı məktəbdə görən kimi:
- A Nənəş, nə yaman gözəlləşibsən, - dedi Səməd Vurğun.
- Sən indən sonra həmişə belə gözəl geyinəcək, məktəbdə qabaqcıl tələbə kimi ad qazanacaqsan.
Sonra birlikdə bir sinif otağına gəldilər. Qapını açıb içəri girəndə Səməd Vurğunun sifəti birdən-birə dəyişdi. Fikri çox-çox uzaqlara getdi. O, əlini qara saçlarına çəkib dərindən köks ötürdü. Sinif otağını, partaları, yazı lövhəsini diqqətlə nəzərdən keçirib nəyi isə düşündü.
Sonra sıralardan birindəki lap qabaqda olan partanı göstərərək:
- Mən bax bu partada oturmuşam, - dedi Səməd Vurğun.
- Özü də həmişə əlaçı olmuşam. Sabahdan sən də bu partada oturub oxuyacaqsan. Ancaq gərək mənim kimi əlaçı olasan. Özüm tez-tez Əli müəllimdən soruşacağam.
Sinif otağından çıxıb başqa bir otağa gəldilər. Bura məktəbin yataqxanası idi. Hər tərəfdə səliqə-sahman hökm sürürdü. Çarpayılardan biri isə başqalarından fərqlənirdi.
Səməd Vurğun həmin çarpayını göstərərək dedi ki, Nənəş bala, bura məktəbin yataqxanasıdı. Bu da sənin çarpayın. Əlavə nə lazım olsa, Əli müəllimə deyərsən. Özüm də əlaqə saxlayacağam.
Otaqdan çıxıb məktəbin qapısına gəldilər. Maşın küçədə gözləyirdi. Səməd Vurğun geri dönüb:
- Di salamat qalın, - dedi. – Mən gedim. Nənəş bala yaxşı oxu, özünə fikir ver. Əli müəllim, ondan muğayat ol. Bir də Qazaxa gələndə özüm baş çəkəcəyəm.
Səməd Vurğun “Vilis”ə oturub getdi. Gülal özünü yenə də tək-tənha hiss elədi. Qəlbi birdən-birə payız havasına qoşulub üşüdü. Ancaq yanında Əli müəllimi, yoldaşlarını görüb rahat oldu. Həmin gündən sonra Gülal yeni bir həyata başladı.
Ömrü tamamilə dəyişdi, məktəb öz ağuşuna aldı onu. Səməd Vurğun qırılmaqda olan bir ömrə yeni bir həyat bəxş elədi, sınmış bir ürəyə məlhəm olub, onu sağaltdı.
Bu Səməd Vurğunun böyüklüyü, şairliyi ilə yanaşı, onun yüksək insani keyfiyyətlərə malik olması, insanlara böyük sevgi və məhəbbətlə yanaşması, hamıya qayğı göstərməsi, şam kimi alışıb yanması idi.
Gülal Həsənova həyatının sonrakı günlərini belə xatırlayır.
- Baş verənlərin hamısı elə bil ki, yuxu idi. Mən kasıb, tifil bir uşaq birdən-birə dəyişmiş, yeni həyata qovuşmuş, pedaqoji məktəbin tələbəsi olmuşdum. Bu, ancaq yuxularda, nağıllarda ola bilərdi. Mən isə nə nağıla qulaq asır, nə də yuxu görürdüm.
Mən bir insan kimi, bir gənc kimi yaşamağa, böyüməyə, çalışmağa başlayırdım. Məni bu yeni həyata qovuşduran isə sözün əsl mənasında böyük insan olan Səməd Vurğun idi.
O gündən tələbə ömrünü yaşamağa başladı Gülal. İşinin nə qədər çox olmasına, başının nə qədər çox qarışmasına baxmayaraq Səməd Vurğun daima onunla maraqlanır, lazım olan köməklikləri göstərirdi.
... İllər bir-birini əvəz etdi. Gülal pedaqoji məktəbi bitirdi. O, ali təhsil almaq məqsədilə sənədlərini Gəncədəki pedaqoji instituta verərək qəbul olundu. 1950-ci ilin noyabrın 7-si idi. Gülal bayram ilə əlaqədar Qazaxa, xalasıgilə gəlmişdi. Birdən qapıda bir maşın dayandı. Əli Əliyev “Emodin”dən düşərək onlara gəldi. Gülalı görən kimi:
- A qızım, səni axtarmaqdan yorulmuşam. Səməd Vurğun neçə gündür ki, zəng edir. Gülaldan bir xəbər öyrən deyir, - dedi.
Gülal Əli müəllimlə birlikdə instituta gəldi (İndiki internat orta məktəb, o vaxt Qazax Dövlət Müəllimlər İnstitutu idi). Əli müəllim Səməd Vurğuna zəng çalıb bildirdi ki,
Gülal onun yanındadır. Sonra telefonun dəstəyini Gülala verdi.
- Nənəş bala, haralardasan? – dedi Səməd Vurğun. – Hər yerdə səni axtarıram. Mənə diqqətlə qulaq as. Gəncədə oxumaqda çətinlik çəkəcəksən. Bir müddət institutda işlə, yayda da imtahan verib qəbul olarsan.
Bu telefon söhbətindən sonra bir az götür-qoy elədim. Qarşımda yollar haçalanır, məni müxtəlif səmtlərə aparırdı. Ancaq Səməd Vurğunun isti, ürəkdən dediyi sözlər qulaqlarımdan heç getmirdi. İnsan nə qədər qohumcanlı, isti qanlı olarmış. İnsan nə qədər mehriban, canı yanan olarmış, ilahi.
O, işinin-gücünün çox olduğu, başının qarışdığı bir vaxtda Gülalla maraqlanmış, hələ zəng çalıb üstəlik maşın göndərmiş, öz böyüklüyünü yenə də göstərmişdi. Bu, onun ucalığı, zirvə kimi əl çatmaz olması, yüksək insani keyfiyyətlərə malik olması demək idi.
Gülal yenə də kövrəlmişdi. O, hər dəfə Səməd Vurğunun səsini eşidəndə atalı-analı günləri yadına düşür, həzin xatirələr xəyalından bir-bir gəlib keçirdi. Gülal bir qədər düşünüb daşınandan sonra belə qərar verdi ki, Qazaxda qalıb işləsin. Sonra da təhsilini davam etdirər. Düşündüklərini Əli müəllimə söylədi.
- Nə deyirəm ki, qızım, sabahdan gələrsən səni laborant təyin edərəm. Bir az işlə, sonra da imtahan verib oxuyarsan.
Ertəsi gün Güülal işə qəbul olundu. O, institutda laborant işləyir, elə onun yataqxanasında da qalırdı. Həyatı indi daha da dəyişmiş, yeni bir axara düşmüşdü. Səməd Vurğunun qayğısı sayəsində həyatda qarşılaşdığı çətinlikləri dəf edir, maneələri asanlıqla keçirdi.
Sonra o, instituta daxil oldu və 1952-ci ildə institutu bitirib, təyinatla Qasım İsmayılov rayonuna göndərildi. Həmin günü Gülal belə xatırlayır:
- Avqust ayının axırlarında dörd nəfər tələbə yoldaşım ilə birlikdə Qasım İsmayılov rayonuna təyinatla işləməyə gəldik. Rayon mərkəzində yerləşən xalq təhsil şöbəsinə daxil olub, müdirin qəbuluna düşdük. Şöbənin müdiri mülayim bir kişi idi. Bizim Qazaxdan gəldiyimizi bilən kimi dedi:
- Lap yaxşı uşaqlar. İndi deyin görüm Nənəş hansınızsınız?
Bu sözləri eşidəndə nitqim bir anlıq tutuldu. Sən demə... sən demə bir gün əvvəl Səməd Vurğun təhsil şöbəsinin müdirinə zəng çalıb deyibmiş ki, mənim qohumum sənin yanına gələcək. Onu Qazaxa yaxın kəndlərin birinə göndərərsən ki, rayona gedib gəlməsi asan olsun.
Maarif müdiri də məni Faxralı kəndindəki orta məktəbə işə göndərdi. Bu kənd həm məsafə cəhətdən Qazaxa yaxın, həm də magistral yolun kənarında yerləşirdi.
1952-ci il idi. Gülal məktəbdə dərs deyirdi. Birdən məktəbin həyətində bir “Vilis” dayandı. Maşından Səməd Vurğunun düşdüyünü görəndə hamı təəccübləndi. Bəli, böyük şair Faxralı kənd orta məktəbinə gəlmişdi.
Bunu görən kimi müəllimlər, şagirdlər, kənd sakinləri onun başına toplaşdılar. Səməd Vurğun hamı ilə görüşüb hal-əhval tutandan sonra üzünü Gülala tutub:
- Hə, necəsən Nənəş bala, - dedi. – Gəlmişəm ki, səni də götürüm bir Gəncəyə gedək.
Onlar Gəncəyə doğru yol aldılar. Yol boyu Səməd Vurğun yaradıcılığından danışır, ədəbiyyat barədə fikirlərini Gülalla bölüşürdü. Gəncədə böyük bir mağazanın qarşısına çatanda Səməd Vurğun sürücüyə maşını saxlamağı tapşırdı. Düşdülər. Gülal nə üçün mağazanın yanında maşından düşdüklərinin səbəbini anlamadı. Birdən Səməd Vurğun ondan soruşdu.
- Müəllim, niyə saatın yoxdur? Axı, sən müəllimsən, dərs deyirsən və saat hər zaman sənə lazım olur.
Gülal nə üçün burda düşdüklərinin səbəbini indi anladı. Sən demə, Səməd Vurğun yol boyu onun saatının olmadığına fikir verirmiş və bu məqsədlə də maşını mağazanın yanında saxlatdırmışdı.
Söhbət edə-edə içəri keçdilər. “Bəyəndiyin saatlardan birini seç götür” deyə Səməd Vurğun təklif elədi. Bu təklifi gözləməyən Gülal çiyinlərini çəkib, “Səməd əmi, siz seçsəniz yaxşıdır” dedi. Səməd Vurğun gümüşdən 450 manata qəşəng bir qol saatı aldı. Saatı əlinə alıb diqqətlə baxandan sonra onu öz əli ilə Gülalın qoluna bağladı.
- Nənəş, qoy bu saat məndən sənə həm hədiyyə, həm də yadigar olsun. Hər dəfə saata baxanda məni xatırlayarsan.
... Həmin gündən sonra Gülal hər dərsə gedəndə, hər dərsdən çıxanda saata baxır və Səməd Vurğunu minnətdarlıq hissi ilə xatırlayırdı. Bu, böyük şairin ona bağışladığı ən böyük hədiyyə idi.
Həftələr, aylar bir-birini əvəz edir, il üstünə il gəlirdi. Gülal artıq ailə qurmuşdu. Əri ilə birgə Bərdə rayonunda işləyirdi. Adi iş günlərindən biri idi. Gülal adəti üzrə yuxudan erkən oyanmışdı. O, vaxtı öyrənmək üçün saata baxırdı.
Saat isə dayanmışdı. Əli ilə silkələdi ki, bəlkə işə düşə. Saat yenə də işləmədi. Yəqin “xarab olub” deyərək ərinə çay-çörək hazırlamağa başladı. İş görə-görə düşünürdü ki, “görəsən saat niyə işləmir? Axşam yatanda hər şey qaydasında idi. Gecə isə ona əl vuran olmayıb. Hər halda yaxşı əlamət deyil”. O, bu fikirlər içində ərinə səhər yeməyi verib, onu məktəbə yola saldı.
Arasından bir az keçmişdi ki, o, həyat yoldaşının geri qayıtdığını gördü. Ürəyi bərk sancdı, “ay Allah, xeyirlisindən olsun” - deyə düşündü. Ancaq ərinin üz-gözündən nə isə baş verdiyini anladı. Ona çatmamış soruşdu:
- A Məhər, sən Allah nə olub? Niyə belə tez qayıtdın?
Məhər ağlaya-ağlaya:
- Səməd Vurğun dünyadan köçüb, - deyərək hönkürdü. Gülal da ona qoşuldu. Bu xəbəri eşidənlərin hamısı ağlayırdı. Həmin gün bütün Azərbaycan ağlayırdı. Gülal Səməd Vurğunun bağışladığı saatın gecə ikən birdən-birə dayanmasının səbəbini yalnız indi anladı. Böyük şairin ürəyi də saat kimi dayanmışdı.
Gülal böyük şairin ona bağışladığı saatı ən əziz, ən qiymətli bir yadigar kimi qoruyub saxlayır. Dəfələrlə ustalara göstərməsinə baxmayaraq saat bu gün də işləmir ki, işləmir. Səməd Vurğunun aldığı saat Səməd Vurğunun qəlbi kimi əbədi olaraq dayanıb.

Elçin İSMAYIL,
“Deyilən söz yadigardır” kitabından
Facebook-da paylaş