• Təqvim

  • Unutma

  • Maraq



Keyfiyyətli tədris müasir dövrün əsas tələbidir

Keyfiyyətli tədris müasir dövrün əsas tələbidir
Mənfur düşmənlə 168 kilometr sərhəddə yerləşən Qazax rayonu, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri 283 şəhid verib. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonda çoxsaylı ünvanlar, o caümlədən, 31 məktəb şəhid adını daşıyır.
Bu gün yeni dərs ili ərəfəsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazaxda yeni bir ənənənin bünövrəsi qoyulub. Qərara alınıb ki, hər yeni dərs ili ərəfəsində məktəblilər Şəhidlər Xiyabanını ziyarət etsinlər. Məqsəd gənc nəsildə milli vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək, məktəblilərin mübariz ruhda tərbiyə olunmasını təmin etməkdir.
Rəcəb Babaşov və tədbir iştirakçıları şəhidləri yad edərək onların lövhələri önünə gül dəstələri qoydular. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Rəcəb Babaşov çıxış edərək qeyd etdi ki, şəhidləri yad etmək, onların xatirəsini anmaq hər bir insanın vətəndaşlıq borcudur. Öz canlarından keçmiş bu igid insanlar Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olublar. İcra başçısı çıxışında bildirdi ki, şəhidlərin keçdiyi ömür yolu hər birimiz üçün nümunə olmalıdır, ona görə də hər bir gənc mərd və mübariz böyüməli, Vətənin müdafiəsinə hər an hazır olmalı, əgər lazım gələrsə öz canından keçməyi belə bacarmalıdır və mən inanıram ki, bugünkü tədbir hər bir uşaq və yeniyetmələrin yaddaşında əbədi iz qoyacaq, onların qəlbində Vətənə məhəbbət və şəhidlərə ehtiram hissini daha da artıracaqdır.
Tədbirin aparıcısı, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev çıxış edərək vətənpərvərlik ruhunda olan əhəmiyyətli tədbirin keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün təhsil işçiləri və məktəblilər adından öz dərin minnətdarlığını bildiribdi.
Şəhid atası Sarı Hüseynov, şairlərdən Zaməddin Ziyadoğlu, Tamilla Poladlı şəhidlərə yazdıqları şeirləri oxuydular.
Sonra şəhər Namiq Vəliyev adına 5 saylı tam orta məktəbin X sinif şagirdi Səma Əfəndiyeva, Mehdi Hüseyn adına məktəb-liseyin VII sinif şagirdi Rəhimə Əhmədova, Firuddün Şamoyev adına 4 saylı tam orta məktəbin IX sinif şagirdi Nuray Məmmədova, Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VI sinif şagirdi Sədaqət Camalova, VII sinif şagirdi Əsgər Hacıyev, IX sinif şagirdi Fidan Musayeva, Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin XI sinif şagirdlərindən Günel Bayramova, Arzu İbrahimova, IV sinif şagirdi Aysu Namazova, VII sinif şagirdi Fidan Hüseynli şəhidlərə, Vətənə həsr olunmuş şeirləri səsləndirdilər.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
17 sentyabr 2017-ci il


Facebook-da paylaş