Qazax RİH-in 2026-cı il üçün mülki müdafiə “Tədbirlər Planı”na uyğun olaraq rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan vəqüvvələrinin idarə edilməsinin təşkili mövzusunda ətraflı söhbət açılıb. Tədbirin keçirilməsində əsas məqsədMülki Müdafiə planının reallığının, rəhbər və komandir-rəis heyətin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin və fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi olub. Tədbirdə Qazax RİH başçısı aparatında Ərazi-təşkilat və ictimai-siyasiməsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, Rayon fövqəladə hallar komissiyasının üzvü Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, FHN Gəncə Regional Mərkəzi MMİ Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti, mayor İlham Məhərrəmov, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi v.m.i.e, daxili xidmət mayoru Kənan Yolçuyev, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
İyulun 15-də Qazax Rayon İcra Hakimiyyətinin 2026-cı il üçün Mülki müdafiə “Tədbirlər Planı”nın icrası ilə bağlı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
Qazax RİH başçısı aparatında Ərazi-təşkilat və ictimai-siyasiməsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, Rayon fövqəladə hallar komissiyasının üzvü Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov qeyd edib ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu sahədə zəruri qanunvericilik bazası yaradılıb, 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlar qəbul olunub. Dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır... Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur... Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu sahəyə də diqqət və qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir. Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. A.Hümbətov tədbirin mövzusunun fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili olduğunu bildirib. Tədbirin keçirilməsində əsas məqsədin Mülki Müdafiə planının reallığının yoxlanılması, rəhbər, komandir-rəis heyətin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin yoxlanılması, rəhbər, komandir-rəis heyətin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi olduğunu söyləyib. RİH-nin rəhbər və komandir-rəis heyəti, MM xidmətlərinin rəhbər heyətinin, hərbiləşdirilməmiş ərazi MM dəstələrinin - ərazi kəşfiyyat və xilastmə dəstə komandirlərin cəlb olunduğunu diqqətə çatdırıb.
FHN Gəncə Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, FHN Gəncə Regional Mərkəzi MMİ Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti, mayor İlham Məhərrəmov, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi v.m.i.e, daxili xidmət mayoru Kənan Yolçuyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxış edənlər heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.





Facebook-da paylaş














