Aşağı Əskipara kənd sakinlərindən: “Cənab Prezident, Siz xalqımızın sevimli rəhbəri, qəhrəman övladısınız”
Siz xalqımızın sevimli rəhbəri, qəhrəman övladısınız. Sizi rayonumuzun bütün sakinləri və 34 il erməni işğalı altında qalan kəndimizin sakinlərinin adından doğma yurdumuzda şanlı bayrağımız dalğalandığına görə sonsuz təşəkkürümüzü bildiririk. Bu mənzərəni seyr etdikcə hər birimizin qəlbi qürurla döyünür. Hazırda kəndimizdə tikinti-quruculuq işlərinə hazırlıq görülür. Bu isə kənd sakinlərini hədsiz dərəcədə sevindirir. 34 ilin ağrı-acısını unutmaq həvəsi ilə hər birimiz toy-bayramla öz doğma yurdumuza dönəcək, zəngin tarixi ilə şöhrət qazanan kəndimizi abadlaşdıracaq, hər tərəfi gül-çiçəyə çevirəcəyik. Bir daha bizə yaşatdığınız sevinc və qürur hisslərinə görə minnətdarlığımızı bildiririk. Hörmətlə, Qasımov Tofiq Qasım oğlu, Məmmədov Sərhəd Hüseyn oğlu, Qasımov Fərhad Tofiq oğlu, Məmmədov Söhbət Müsü oğlu, Şəmilov Məhəd Böyük oğlu, Musayev Allahverdi Əhməd oğlu Azərbaycan Respublikası, Qazax rayonu 15 iyul 2026-cı il https://president.az/az/articles/view/72981
Möhtərəm cənab Prezident!
Facebook-da paylaş














