Şəhidlər Xiyabanında abadlıq və yenidənqurma işləri aparılır
“Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” - deyirlər. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub hər zaman. Neçə-neçə igidlər torpağı uğrunda qəhrəmancasına vuruşub, ölümün gözünə dik baxaraq öz yolundan geri dönməyib.
Bəli, torpaq uğrunda minlərlə igid oğullarımız öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. Öz torpaqlarını qanları bahasına qoruyub. Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında yüzlərlə şəhid verib.
Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda.
Bu gün qəbiristanlıqlarda çoxlu sayda şəhidlərimiz uyuyur. Onlar bu gün bizlərlə olmasa da, əziz və müqəddəs ruhları hər zaman bizimlədir. Onların ruhuna hörmət etmək, əziz xatirələrini daim yad etmək isə bizim hər birimizin vətəndaş kimi ən ümdə borcumuzdur.
Bu gün Qazaxda heç kimə sirr deyil ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır.
Bu mənada ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar və xiyabanlar ziyarət olunub və onların abadlaşdırılması üçün lazımi tapşırıqlar verilib.
Məhz göstərilən bu diqqət və qayğının nəticəsdir ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərin uyuduğu qəbiristanlığı ziyarət etdi, oranı abadlaşdırmaq üçün xüsusi tapşırıqlar verdi. Ən əsası isə R.Babaşov bu işi şəhid ailələri ona müraciət etmədən etdi.
Beləliklə, ilk olaraq verilən tapşırıqlar nəticəsində Şəhidlər qəbiristanlığında dərhal abadlıq-bərpa işlərinə başlanıldı. Belə ki, qəbiristanlıq alaq otdan təmizləndi, yerə tamet plitələr düzüldü.
Yararsız hala düşən sinə daşları bərpa edildi. Eyni zamanda yeni yaşıllıq salındı. Şəhidlərin xatirəsinə çəkilmiş bulaqda təmir-bərpa işləri aparıldı. Bir sözlə, qəbiristanlıqda şəhidlərin adına layiq məqsədyönlü işlər görüldü.
Lakin şəhidlərin xatirəsinin əziz tutulması istiqamətində görülən işlər bununla da bitmədi. Rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında da abadlıq-bərpa işləri aparılaraq şəhidlərimizin adına layiq hala salındı.
Bütün bunlarla yanaşı şəhidlərimizin adlarını əbədiləşdirmək, onların əziz xatirəsini uca tutmaq üçün bulaqlar da inşa edildi. Bu gün aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə çəkilmiş bulaqlar bütövlükdə şəhidlərin ruhuna olan ehtiramın ən bariz nümunəsidir.
Bəli, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən qısa zaman kəsiyində inşa olunan bulaqlar bu gün hər bir rayon sakini tərəfindən razılıq hissi ilə qarşılanır.
Sevindirici hal isə odur ki, bu istiqamətdə görülən işlər bu gün də davam etdirilir. Belə ki, hal-hazırda abadlıq işləri üçün şəhərin Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qabağında hazırlıq işlərinə başlanılıb. Həmin ərazinin ümumi sahəsi 2 min kvadratmetrdir.
Burada da əraziyə tamet döşənməsi, 250 paqon metr uzunluğunda bardür düzülməsi nəzərdə tutulub. Bundan başqa, işıq sisteminin yenidən qurulması və digər işlərin görülməsi də planlaşdırılıb.
Hər zaman şəhidlərimizin adına layiq şəkildə məqsədyönlü işlər aparılır və bu, həmişə belə olacaqdır.

GOYEZEN.AZ
Facebook-da paylaş