• Təqvim

  • Maraq

Vətəndaş məktubundan: “Cənab Prezident, xalqımız əldə etdiyiniz tarixi nailiyyətlərlə qürur duyur”

Sənan Xəlilovdan, 

Hörmətli cənab Prezident,

Qarabağda işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən möhtəşəm bərpa və quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Qısa müddətdə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və doğma yurdlarımızın əvvəlkindən də gözəl simaya qovuşması hər bir azərbaycanlı kimi məndə də böyük qürur hissi doğurur.

Xalqımız əldə etdiyiniz tarixi nailiyyətlərlə qürur duyur. Bu uğurların davamlı olması siyasi və strateji yolun çox düzgün seçilməsindən xəbər verir. Bizi irəlidə hələ çox böyük uğurların gözlədiyinə əminik.

Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimiz və xalqımız naminə gördüyünüz işlərə görə təşəkkür edirəm

Hörmətlə,

Xəlilov Sənan Çingiz oğlu, tələbə

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

7 iyul 2026-cı il

https://president.az/az/articles/view/72909




Facebook-da paylaş


{sape_links}