• Təqvim

  • Maraq

Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində yeni qəbul olunmuş Dövlət Proqramının icrasından irəli gələn məsələlərə həsr olunmuş iclas keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi istiqamətində bir sıra məqsədyönlü işlər görülür. 2026-cı ilin 25 may tarixində ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Respublika Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı bir daha onu söyləməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

İyulun 8-də Qazaxda sözügedən Dövlət Proqramının icrasından irəli gələn məsələlərə həsr olunmuş iclas keçirilib. İclasda Dövlət Prqoramında əksini tapan məsələlərdən, qarşıda duran vəzifələrdən söz açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov və mərkəzin məsul əməkdaşları, Qazax rayon Statistika İdarəsinin rəisi Dürdanə Xəlilova, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri iştirak ediblər.

İclasda qeyd edilib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülmüş işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.




Facebook-da paylaş


{sape_links}