Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində yeni qəbul olunmuş Dövlət Proqramının icrasından irəli gələn məsələlərə həsr olunmuş iclas keçirilib
Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində yeni qəbul olunmuş Dövlət Proqramının icrasından irəli gələn məsələlərə həsr olunmuş iclas keçirilibBu gün, 17:18 |
|
İyulun 8-də Qazaxda sözügedən Dövlət Proqramının icrasından irəli gələn məsələlərə həsr olunmuş iclas keçirilib. İclasda Dövlət Prqoramında əksini tapan məsələlərdən, qarşıda duran vəzifələrdən söz açılıb. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov və mərkəzin məsul əməkdaşları, Qazax rayon Statistika İdarəsinin rəisi Dürdanə Xəlilova, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri iştirak ediblər. İclasda qeyd edilib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülmüş işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.
Geri qayıt |