Vətəndaşın müraciətinə yerində baxılıb
Bu gün Qazaxda
hər bir rayon sakininin minnətdarlıq hissi ilə qarşıladığı işlərdən biri rayonda
bütün sahələrlə yanaşı vətəndaş amilinin də daim diqqət mərkəzində
saxlanılmasıdır. Bu gün bir həqiqət var ki, o da ölkə başçısı cənab İlham
Əliyevin vətəndaşlara olan yüksək diqqət və qayğısının Qazaxda da olduğu kimi əksini
tapmasıdır. Bunun ən bariz nümunəsi isə son 3 ildə rayon rəhbərliyi tərəfindən
sakinlərə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da şəhərdə və
kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ
şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə
əsasən yerində baxış keçirilməsidir. Məhz qaldırılan məsələlərin həlli
istiqamətində yerindəcə tapşırıq verilməsinin, həlli mümkün olan nə varsa
edilməsinin nəticəsidir ki, bu gün hər bir vətəndaş Rayon İcra Hakimiyyətinə
ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını, həssaslıqla
yanaşılacağını bilir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün daha bir rayon sakininin
müraciətinə əsasən yerində baxış keçirib. Belə ki, dünən fərdi qəbul zamanı
müraciət etmiş şəhər sakiniHacıyeva Sevda Kamal qızının torpaq məsələsi ilə bağlı istəyinə əsasən aidiyyatı
şəxslərlə birlikdə Canalı kəndində olub. S.Hacıyevanın torpaq sahəsi ilə
təmin olunmaq barədə istəyini dinləyən rayon rəhbəri vətəndaşın qeyd etdiyi
məsələnin müsbət həllini tapması üçün aidiyyatı üzrə baxılmasını və təmin
edilməsini bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş