Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşın müraciətinə yerində baxılıb

Vətəndaşın müraciətinə yerində baxılıb


23-10-2019, 14:48

Bu gün Qazaxda hər bir rayon sakininin minnətdarlıq hissi ilə qarşıladığı işlərdən biri rayonda bütün sahələrlə yanaşı vətəndaş amilinin də daim diqqət mərkəzində saxlanılmasıdır. Bu gün bir həqiqət var ki, o da ölkə başçısı cənab İlham Əliyevin vətəndaşlara olan yüksək diqqət və qayğısının Qazaxda da olduğu kimi əksini tapmasıdır. Bunun ən bariz nümunəsi isə son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da şəhərdə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsidir. Məhz qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, həlli mümkün olan nə varsa edilməsinin nəticəsidir ki, bu gün hər bir vətəndaş Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını, həssaslıqla yanaşılacağını bilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün daha bir rayon sakininin müraciətinə əsasən yerində baxış keçirib. Belə ki, dünən fərdi qəbul zamanı müraciət etmiş şəhər sakiniHacıyeva Sevda Kamal qızının torpaq məsələsi ilə bağlı istəyinə əsasən aidiyyatı şəxslərlə birlikdə Canalı kəndində olub. S.Hacıyevanın torpaq sahəsi ilə təmin olunmaq barədə istəyini dinləyən rayon rəhbəri vətəndaşın qeyd etdiyi məsələnin müsbət həllini tapması üçün aidiyyatı üzrə baxılmasını və təmin edilməsini bildirib.




GOYEZEN.AZ


Geri qayıt