Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qazaxlı gənclər tərəfindən qeyd olunub
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi,
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və YAP Qazax rayon Təşkilatı Gənclər
Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ulu öndərin adını daşıyan
Mərkəzdə rayonda təhsil alan və çalışan fəal gənclərin iştirakı ilə keçirilən
tədbirdə ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin ömür yoluna,
həyat və fəaliyyətinə bir daha nəzər salınıb, xatirəsi anılıb.
Tədbir iştirakçıları
əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin
hörmət və ehtiramla yad ediblər.
Tədbirdə iştirak edən Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış
edərək ulu öndərin həyat və fəaliyyətindən danışıb. Müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, həmçinin
Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik
etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi
addımlardan söhbət açıb.
Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, YAP Qazax rayon Təşkilatı
Gənclər Birliyinin sədri Kənan Hüseynli, Heydər Əliyev Mərkəzinin direktoru
Ceyhunə Hüseynova, Bakı Dövlət Universiteti Qazax filialının sosial iş
fakültəsinin II kurs tələbəsi Fəridə İsgəndərova və Azərbaycan Rəssamlar
İttifaqının üzvü, gənc rəssam Akif Əmirov öz çıxışlarında dahi
şəxsiyyət Heydər Əliyevin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətini
qeyd ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünyaya
tanıdılmasında ulu öndərin müstəsna rolununun olduğunu diqqətə çatdırıblar.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənclər siyasəti
sahəsində atdığı mühüm addımlardan, bu gün də bu siyasətin onun
layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən danışıblar. GOYEZEN.AZ
Facebook-da paylaş