• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda YAP-ın yaranmasının 27-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini-futbol üzrə rayon turnirinə start verilib


Qazax Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini-futbol üzrə rayon turnirinə start verilib.

18-21 noyabr tarixlərini əhatə edən turnirdə idarə, müəssisə və təşkilatlardan, eləcə də müstəqil komandalar iştirak edir.

Dünən Qazax Olimpiya İdman Kompleksində start götürən yarışda 12 komandadan 120 nəfərə yaxın futbolçu qalib adı uğrunda mübarizə aparır.





 

GOYEZEN.AZ




Facebook-da paylaş