Tarixi torpaqlara qayıdış milli qürurumuz, milli şərəfimizdir
"Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən
alınmış Zəngəzura qayıdacaqdır”. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Cəmi altı ay
bundan əvvəl torpaqdan söz düşəndə xəcalətlə gözlərimizi yerə dikərdik, yağı
tapdağında qalan, əsirlikdə bizi haraylayan o didərgin torpaqlarımızın ağrısını
yaşayardıq. Qisas hissi içimizi didib parçalayardı. Əzəlimiz və sonumuzdan tarixi
torpaqlarımız üçün alışıb-yanardıq. Torpaqlarımızın işğal tarixlərini qeyd edərdik. Fəqət 27 sentyabr
2020-ci il tarixində Dəmir Yumruq altında yenilməz Azərbaycan Ordusu azadlıq
yürüşünə, zəfər yürüşünə başladı. Cəmi 44 gün davam edən bu müzəffər yürüş tarixi torpaqlarımızın
işğaldan azad olması ilə başa çatdı. Bütün dünya Azərbaycan əsgərinin göstərdiyi
əfsanəvi igidliklərin şahidi oldu. Bütün dünyaya bəyan oldu ki, Azərbaycanın məğlubedilməz
Ordusu, yenilməz Ali Baş Komandanı və güclü siyasi Lideri var. 8 noyabr 2020-ci
il Azərbaycanın hərb tarixinə şərəf yürüşü, zəfər yürüşü kimi yazıldı. Qalib Sərkərdəmizin
- İlham Əliyevin o qürurlu səsi hələ də qulaqlarımdadır: "Əziz Şuşa sən
azadsan, əziz Şuşa biz səni dirçəldəcəyik”. Və tarixi
torpaqlarımıza, ermənilər tərəfindən viran edilmiş o mübarək torpaqlara qayıdış
başladı. Cənab Prezidentimizin azad olunmuş torpaqlarımızı ziyarət etməsi düşmənin
başından ildırım kimi çaxdı. İndi ən qədim Azərbaycan
torpağı olan Zəngəzur mahalı haqqında danışmaq istəyirəm. Zəngəzur xalqımın ən
qədim yaşayış məskəni, əzəli yurd yerimizdir. Lakin türkün birliyindən qorxan
düşmən xaincəsinə Zəngəzuru Azərbaycandan qopardıb yersiz-yurdsuz Ermənistana
birləşdirir. Zaman ötdükcə yurd həsrəti içimzi daha bərk göynətdi. Hələ 1970-1980-ci
illərdə Ulu Öndər Heydər Əliyev Zəngəzur dəhlizinin açılmasına layihə
hazırlayır. Lakin həmin dövr Sovet İmperiyasının ədavət qılıncının kəshakəs
vaxtı idi, ermənilərin havadarları layihəni dayandırırlar. Hətta, erməni
yazıçısı Z.Balayan Zəngəzur dəhlizinin bağlanmasını tələb edirdi. Bu yolu Turan
yolu adlandırırdı. Əslində Turan yolunu düz deyirdi. Mən bu yazıçıdan soruşmaq
istəyirəm: ”Guya sən bilmirsən ki, sənin xalqın bilmir ki, Göyçə mahalı, Zəngəzur
mahalı, Qarabağ xanlığı, İrəvan xanlığı Azərbaycan adlı məmləkətindir”. Bizim
müdrik bir ifadəmiz var: "Heç kimin malına göz dikmərəm, mənim malıma göz dikənin
gözlərini ovaram”. Siz bilməlisiniz ki, Zəngəzur dəhlizinin açılması üçün bizim
hüquqi əsaslarımız var. Ən birincisi Zəngəzur Azərbaycanın ən qədim torpağıdır,
ikincisi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 10 noyabr
tarixində imzalanmış 3 tərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində
Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün
hüquqi zəmin yaradır. Zəngəzur dəhlizi Azərbaycan xalqı üçün, türk dünyası üçün
mənəvi dəyər olmaqla bərabər türk dünyasını birləşdirən bir körpüdür. Vaxtilə Zəngəzurun
Ermənistana verilməsi türk dünyasının coğrafi parçalanması idisə, bu gün həmin
dəhliz bütün Turan ellərini birləşdirir. Sonda Z.Balayana və
onun rüsvay olmuş xalqına deyirəm ki, nə yaxşı sən ölməyib bu rəzil millətinin
"daban yaladığ”ı günün, "it kimi qovulduğu” günün, təslim aktı imzaladığı günün
şahidi oldun. Bir gün də İrəvana, Göyçəmizə qayıtmağımızın şahidi olacaqsan. Bizim
haqq işimizə göz yumanlar, qulaq qapayanlar eşidin və bilin: Türkə səcdə,
Türkə təzim olacaq, Əvvəl axır
dünya türkün olacaq. (Zəlimxan Yaqub) Unutmayın: "Türkü öldürmək olar, Türkü məğlub etmək olmaz” (N.Bonapard). Dəmir Yumruqlu
qalib Sərkərdə! Cənab Ali Baş Komandan! Tarixi torpaqlarımıza qayıdışınız mübarək
olsun. Əbədi olsun! Əfsanəvi igidlikləri
ilə hərb tariximizə şərəfli tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Qazilərimizə şəfa diləyirəm. Ordumuza Tanrım sizləri qorusun deyirəm. Gülnar OSMANOVA, Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam
orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Facebook-da paylaş