Prezident İlham Əliyev: “Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”
Vətən müharibəsində Qələbəyə həsr olunmuş 10
dekabr tarixində keçirilmiş Zəfər paradı zamanı Azərbaycan xalqı milli
tarixinin ən möhtəşəm səhifəsini yaşadı. Bütün dünya Qələbə Paradının möhtəşəmliyi
ilə Azərbaycan dövlətinin gücünü, qüdrətini bir daha yaxından izlədi. "Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən
müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən
artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul
edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava
hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi
oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın
etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş
etdirildi. Qardaş Türkiyənin dəstəyi heç vaxt unudulmayacaq. Vətən müharibəsinin ilk günlərindən, ilk
saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini
verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox
sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan
vətəndaşını qürurlandırır, sevindirir. 44 günlük Qələbə müharibəsi!. Bu, o müharibədir ki, Azərbaycan Ermənistanı məğlub
etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan
Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər
azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu
işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət
zəfər çalsın. Dünya tarixi həqiqətləri bilməlidir. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti
torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar
siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan
Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından
didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Hərbi uğurumuzu bərkidən amil uzun illər ərzində
davam etdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində
bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini
çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi
oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü
tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş
Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı,
Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə,
münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində
münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat
çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü
ki, Qarabağ əzəli tarixi torpağımızdır. Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz
idi. Son illərdə beynəlxalq hüquq və
prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə
çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri
kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində
oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı
addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Azərbaycan səbirli və qəhrəman xalqdır. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində
gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə
bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Azərbaycanın tarixində yeni səhifə başlanır. Ölkəmiz üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur
düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün
tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən
dağıdılıb. Onlar hamısı bərpa ediləcək. Hər bir Azərbaycanlı hərbiçi qəhrəmandır. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb.
Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən
xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz
missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi
ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik,
iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad
edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə
fəal olmalıdır. Ermənistanın qaçılmaz məğlubiyyəti hər kəsə yaxşı
məlumdur. Erməni miflərinə son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın
silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan
oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər
yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək
mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində
Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv
edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya
aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər,
Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada
qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm
siyasi müstəvidə qazanıb. Rəsmi İrəvan hərbi cinayətkardır. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən
mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik
raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş
nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak
olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb,
ya da ki, o evlərə ziyan vurulub. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə
uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox
fərari olub. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri
qarşısında dura bilmədi. GOYEZEN.AZ
Facebook-da paylaş