Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir
Öz ölkəsini bataqlığa aparan cinayətkar Ermənistan
hakimiyyətinin pis əməlləri bu gün bütün dünyaya yaxşı məlumdur. Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın
faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə
və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak
olub, yaralanıb. Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin
şahidi oldu. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda
mülki əhaliyə qarşı insanlığa sığışmayan əməllərinin şahididir. Oktyabrın 17-də
gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik
raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən
çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda
mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını
itirib, 55-dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri
dəyərlərə və insanlığa qarşı cinayətdir. Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir.
Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin
gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına
ziddir. İşğaldan azad olunan ərazilər erməni vandalizminin şahididir. 30 il
ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına
dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin
qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir. Bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu
dünya ictimaiyyətini düşündürməlidir. Bank rezervlərində
valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə
xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi
halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri
böyük suallar doğurur. Azərbaycan xalqının bu açıq qalmış suallara cavab tələb
etməyə haqqı var. Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal
hakimiyyətə qarşı çıxmalıdır. Ermənistan əhalisi kriminal rejimin
başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil
olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və
bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi
başçılarını məsuliyyətə cəlb edəcəkdir. Azərbaycan
Ordusunun qələbə salnaməsi Füzuli böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi
məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə
insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas
xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri
bəxş edir. Qorxudan öz silahlarını yerə qoyub qaçan erməni əsgəri isə öz ordusunun
gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan
texnikasının bir hissəsinin siyahısı: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi
qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi
qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib,
müxtəlifçaplı toplar 190, "Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki
raket kompleksi "Elbrus” 2, "Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR
zenit-raket kompleksi 3, KUB və "Kruq” zenit raket kompleksi 5, radioelektron
mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı
məhv edilib, 98-i qənimət kimi götürülüb. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir.
Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq,
məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Azərbaycan Ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir.Müzəffər
Azərbaycan Ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində
Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad
edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir.Strateji məntəqə və yüksəklikləri əldə edən Azərbaycan Ordusu Ermənistanın hərbi-texniki
potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv
edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar
səviyyəsindədir. Xilaskar
missiya Xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır. Azərbaycan
Ordusu öz xilaskar missiyasını yerinə yetirir. 17 oktyabr tarixində
Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi,
Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad
edilib. Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycan xalqının
dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz
qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və
abadlaşdıracaqdır. Məscidlərdə azan səsi eşidiləcəkdir. İşğaldan azad
olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək.
Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. Haqlı olan Azərbaycan Ordusu öz döyüş gücünü göstərir. Haqlı
olan Azərbaycan Ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs
savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir. Haqq mübarizəsini aparan xalq xoşbəxtdir. Torpaqlarımızın
işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan
böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir. Azərbaycan xalqının haqq iradəsi dönməzdir. Bütün Azərbaycan
xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik,
qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir.
Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir. Məqsədimiz qələbədir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə
çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir
qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Dövlətin milli maraqları mütləq təmin olunacaqdır. Ölkə
başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli
maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə
təsir edə bilməz. Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan
məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi
ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir.
Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb
olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş
cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar
ilə məsuliyyəti bölüşmüş olurlar. GOYEZEN.AZ
Facebook-da paylaş