• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir ünvanda abadlıq işləri aparılır


Son illər ölkə başçısı cənab İlham Əliyevin və rayon rəhbərliyinin qayğısı sayəsində Qazax rayonunun gündən-günə inkişaf etməsi hər kəsə yaxşı məlumdur. Bu gün Qazaxda elə bir sahə olmaz ki, həmin sahə diqqətdən kənarda qalsın. Son 4 ildir ki, geniş vüsət alan işlərdən biri isə rayonda aparılan abadlıq və quruculuqdur. Məhz bu işlər nəticəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. 2016-cı ildən start götürən abadlıq və quruculuq işləri bu il də uğurla davam etdirilir.

"Abad məhəllə” layihəsi çərçivəsində su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazinin yeni görkəm alması da bunun daha bir əyani sübutudur.

Rayonda abadlıq işlərinə başlanılan ərazilərdən biri də Səməd Vurğun küçəsi döngə 6 ünvanıdır ki, burada işlər sürətlə davam etdirilir. Hazırda həmin ərazidə köhnə bardürlər sökülərək yenilənir. Sonda isə yeni asfalt döşənəcək.

Məlumat üçün onu da qeyd edək ki, bu ərazidə abadlıq işləri ilə yanaşı su və kanalizasiya sisteminin çəkilişi də aparılır.








GOYEZEN.AZ



Facebook-da paylaş