Qazax Rayon Psixiatriya Xəstəxanasına yeni təyinatdan sonra xəstəxanada olan nizam-intizam daha da artırılıb
Azərbaycanda
ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində
bütün sahələr kimi, səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Bu
sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin mərkəzində
Azərbaycan vətəndaşlarının sağlamlığı, insanların müasir səhiyyə xidmətləri ilə
təmin olunması dayanır. Təqdirəlayiq haldır ki, ölkə başçısının yürütdüyü
məqsədyönlü siyasət nəticəsində ölkədə səhiyyə islahatlarının uğurla
reallaşdırılması təkcə paytaxt Bakını deyil, bütün bölgələrimizi əhatə edir.
Respublikamızda inşa olunan tibb müəssisələri ən müasir avadanlıqla təchiz
olunur, müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilir, mövcud səhiyyə
ocaqları əsaslı şəkildə təmir edilir. Qazaxda da bütün sahələr kimi, səhiyyə
sahəsi dövlətimizin qayğısı ilə tam əhatə olunub. Dövlət başçısının bu sahəyə
olan diqqəti sayəsində rayonda sakinlərin sağlamlığının təmin olunması, əhaliyə
səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər
həyata keçirilir. Ötən il martın 3-də ölkə başçısının iştirakı ilə yeni
istifadəyə verilən 145 çarpayılıq 10 korpusdan ibarət olan Rayon Mərkəzi
Xəstəxanası bu sahəyə olan qayğının bariz nümunəsidir. Yeni inşa olunan müasir
tibb ocağı Qazaxda səhiyyə sahəsinin inkişaf etdirilməsi istiqamətində atılan
ən uğurlu addımdır. Qazax
Rayon Psixiatriya Xəstəxanası, bu
xəstəxanada çalışan işçilər və müalicə alan xəstələr də hər zaman dövlətin,
ölkə başçısının və rayon rəhbərliyinin qayğısı ilə əhatə olunur. Son
illər xəstəxanada aparılan təmir işlərinə nəzər yetirərkən, əvvəlki şəraitlə
bugünkü vəziyyəti müqayisə edərkən aydın şəkildə görmək olur ki, şərait xeyli
dərəcədə yaxşılaşıb. Bu, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə olunan
xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibətini
köklü surətdə dəyişib. Qazax Rayon Psixiatriya
Xəstəxanası həm də nizam-intizamı, xəstəxanada müalicə alan xəstələrə göstərilən
diqqət və qayğı ilə də hər zaman nümunə olub. Bu səhiyyə ocağında çalışan həkimlər,
tibb işçiləri burada müalicə alan hər bir xəstəyə xüsusi həssaslıqla yanaşır,
daim onların qayğılarını çəkirlər. İllər öncə əsası qoyulan ənənə bu gün də
davam etdirilir. Bu ilin avqust ayından xəstəxanaya baş həkim təyin olunan
Venera Salifova çalışdığı səhiyyə ocağında bu günə kimi olan ənənələri qoruyub
saxlayır. Xəstəxananın həkim-psixiatrı Səyalı Ağacanova, aşbaz
Solmaz Mahmudova, ərazi ilk partiya təşkilatının sədri Qəmər Göyüşova da Venera
Salifovanın baş həkim kimi təyinatından sonra xəstəxanada olan nizam-intizamın
daha da artdığını, burada olan abu-havanın yaxşıya doğru dəyişdiyini, bir çox
yeniliklərin olduğunu bildirirlər. Onun xəstəxanada həkim kimi işlədiyi müddətdə
həm çalışdığı kollektivin, həm də müalicə alan xəstələrin rəğbətini qazandığını,
bu gün də nümunəvi addımları ilə seçildiyini qeyd edirlər. Baş həkim təyin
olunduğu ilk gündən hər şeyin, yeməklərin, meyvələrin çeşidinin belə müalicə
alan xəstələrin istəyinə, onların tələbatına uyğun olaraq tənzimləndiyini
vurğulayırlar. Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Venera Salifova, xəstəxanada çalışan işçilər,
müalicə alan xəstələr rayonda səhiyyə
sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə razılıqlarını
bildirirlər. Qazax Rayon Psixiatriya Xəstəxanasının
kollektivinə və burada müalicə olunan xəstələrə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə
minnətdarlıq edirlər. Məlumat üçün onu
da qeyd edək ki, Qazax Rayon Psixiatriya Xəstəxanasına baş həkim təyin edilən Salifova Venera David qızı 12 fevral 1956-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində ziyalı ailəsində
doğulub. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi əla qiymətlərlə
bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilatikası
fakültəsinə qəbul olub. Universiteti əla və yaxşı qiymətlərlə bitirən Venera həkim
internaturanı Psixiatriya üzrə keçib. 1983-cü ildən Qazax Rayon Psixiatriya Xəstəxanasında
həkim-psixiatr kimi fəaliyyətə başlayıb. İşlədiyi müddətdə xəstəxana region xəstəxanası
olduğuna görə bir neçə rayonlardan xəstələri olub, müayinə və müalicə edib. Müalicələri
effektli olub, həmişə razılıq eşidib. İşlədiyi müddətdə hər zaman hərbçilər, qazilər,
çağırışçıların müraciətlərini səmimiyyətlə dinləyib, əlindən gələn köməkliyi əsirgəməyib.
39 il həkim-psixiatr stajı olan Venera Salifova 06.08.2021-ci il tarixdən Səhiyyə
Nazirliyinin göstərişi ilə Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə
təyin edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş