İcra başçısı Qazax şəhər Poliklinikasında vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Son illər ölkəmizdə daim
diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Respublika
Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində son 15 ildə
ölkədə digər sahələrlə bərabər səhiyyə sahəsində də islahatlar uğurla
reallaşdırılır. Bu gün təkcə paytaxt Bakıda deyil, bölgələrdəki tibb
müəssisələrinin də ən müasir avadanlıqla təchiz olunması, müalicə-diaqnostika
mərkəzlərinin, xəstəxanaların tikilməsi, mövcud səhiyyə ocaqlarının əsaslı
şəkildə təmir olunması bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Ölkə
başçısının qayğısı sayəsində Qazax rayonunda da bütün sahələrə olduğu kimi
səhiyyə sahəsinə xüsusi diqqət göstərilir. Ölkə rəhbərinin bu sahəyə olan
diqqəti və qayğısı rayonda ən əsas istiqamət kimi götürülür. Bu gün Qazaxda
rayon sakinlərinin sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində
yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir.
Rayonda 145 çarpayılıq 10 korpusdan ibarət olan mərkəzi xəstəxana binasının
tikintisi də bu sahəyə olan qayğının əyani sübutudur. Hər kəsə yaxşı məlumdur ki,
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin
olunduğu ilk gündən digər sahələrə olduğu kimi səhiyyə sahəsinə də xüsusi həssaslıqla
yanaşır. İcra başçısının rayonda fəaliyyət göstərən tibb müəssisələrində
olması, vətəndaşlara göstərilən xidmətlərlə mütəmadi olaraq maraqlanması bu qayğının
göstəricisidir. Rayon rəhbəri bu gün Qazax şəhər
Poliklinikasında olub, sakinlərə göstərilən xidmətlərlə maraqlanıb. Rayon rəhbərliyi burada
çalışan həkim və tibb bacıları ilə görüşərək poliklinikaya müraciət edən hər
bir vətəndaşın istəyinə xüsusi həssaslıqla yanaşılmalı, diqqət və qayğı
göstərilməli olduğunu bildirib. İstər dərman preparatlarının verilməsində,
istərsə də digər xidmətlərdə vətəndaşlara daim qayğı göstərilməsini qeyd edib.
Bəzi tapşırıq və tövsiyələrini verib. Sakinlərlə səmimi söhbət
edən icra başçısı onların sağlamlığının qorunması üçün dövlət və dövlət başçısı
tərəfindən hər cür dəstək göstərildiyini bildirib. Rayonda inşa olunan mərkəzi
xəstəxananın yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirən rayon rəhbəri
bundan da yaxşı şəraitdə xidmət göstəriləcəyini qeyd edib. Rayon
rəhbəri ilə görüşən sakinlər Qazaxda səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət
və qayğıya, xüsusilə də sakinlərə olan səmimi münasibətə görə icra başçısına
təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, sizin hər dəfə səhiyyə
müəssisələrində olmağınız, biz vətəndaşlara göstərilən xidmətlərlə
maraqlanmağınız səhiyyə işçilərinin üzərinə böyük məsuliyyət hissi qoymaqla
yanaşı, biz sakinlərdə dövlətə və dövlət başçısına böyük inam hissi yaradır. Bu,
eyni zamanda, biz vətəndaşlara göstərilən qayğı deməkdir. Şəhər Poliklinikasının baş
həkim əvəzi Sultan İsayeva da səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən
diqqət və qayğıya görə bütün tibb işçiləri adından ölkə başçısı İlham Əliyevə
dərin minnətdarlığını bildirib. Yaradılan yüksək şəraitə, sonsuz diqqət və
qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıb. GOYEZEN.AZ
Facebook-da paylaş