Qazaxda mərkəzi bazar və ticarət mərkəzləri növbəti dəfə dezinfeksiya edilib
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19)
pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tapşırıq və göstərişlərinə
əsasən infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata
keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam
etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının
yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qazaxda da zəruri tədbirlər
görülür. Son günlərdə
koronavirusa yoluxanların sayında artımın olması nəzərə alınaraq infeksiyanın yayılmasının qarşısının alınması
məqsədilə rayonda əhalinin daha çox istifadə etdiyi kənd təsərrüfatı
məhsullarının satışı bazarında sanitar-təmizlik işlərinə nəzarət
gücləndirilib. Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın
tərtib etdiyi qrafikə uyğun olaraq əhalinin daha çox kütləvilik təşkil etdiyi mərkəzi
bazar və ətrafında fəaliyyət göstərən ticarət obyektləri növbəti dəfə
dezinfeksiya olunub. Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə
bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib. Qazax Rayon Gigiyena
və Epidemiologiya Mərkəzinin əməkdaşlarının və əlaqədar dövlət qurumlarının mütəxəssislərinin
iştirakı ilə keçirilən dezinfeksiya işləri zamanı bazarın giriş və çıxışları,
satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici
məhlulla əl aparatı ilə dərmanlanıb. Qeyd edək ki, həyata keçirilən işlər xüsusi karantin
rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində
koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə
yerinə yetirilir. İnsanların sağlamlığının qorunması və əhalinin təmiz,
keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda
dezinfeksiya işlərinin aparılması mütəmadi olaraq həyata keçirilir. Mərkəzi bazar
Nərgiz Ticarət Mərkəzi
Universam Ticarət Mərkəzi GOYEZEN.AZ
Facebook-da paylaş