• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda kəndlərdə fəaliyyət göstərən çayxanalar növbəti dəfə dezinfeksiya olunub


Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. 

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qazaxda da şəhər mərkəzi ilə yanaşı, rayonun kəndlərində zəruri tədbirlər həyata keçirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən rayonun Alpout, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Xanlıqlar, Hüseynbəyli, Kosalar, Canalı, Daş Salahlı, Quşçu Ayrım, Dəmirçilər, Çaylı, Qazaxbəyli kəndlərində fəaliyyət göstərən çayxanalar növbəti dəfə dezinfeksiya olunub. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çayxanalar təkrar olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.

Abbasbəyli kəndi




 Alpout kəndi



 Quşçu Ayrım kəndi


Aslanbəyli kəndi






 Qaymaqlı kəndi




 Aşağı Salahlı kəndi





Orta Salahlı 



Yuxarı Salahlı kəndi



Birinci Şıxlı kəndi



 İkinci Şıxlı kəndi





 Xanlıqlar kəndi




Kosalar kəndi






Canalı kəndi


 Daş Salahlı kəndi




 Çaylı kəndi



Qazaxbəyli kəndi



GOYEZEN.AZ



Facebook-da paylaş