Qazaxda dezinfeksiya işləri davam etdirilir
Ölkə Prezidenti İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və
dezinfeksiyaedici tədbirlər Qazaxda da davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus
infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər mərkəzində,
eləcə də rayonun kəndlərində zəruri tədbirlər görülür. İnfeksiyanın
yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq həyata keçirilən
tədbirlərdən biri də aparılan dezinfeksiya işləridir. Qazax RİH başçısı yanında yaradılmış operativ
qərargahın tərtib etdiyi qrafikə əsasən Rayon Gigiyena və Epidemiologiya
Mərkəzinin əməkdaşları tərəfindən ictimai iaşə obyektləri, əhalinin kütləvilik
təşkil etdiyi ərazilər mütəmadi olaraq dezinfeksiya olunur. Tədbirlər çərçivəsində şəhər və kəndlərdə
fəaliyyət göstərən çay evlərində, çayxanalarda da dezinfeksiya işləri aparılır.
Mərkəzin əməkdaşları tərəfindən şəhərdəki çay evləri və çayxanalar təkrar
olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub. Eyni
zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çay evlərinin və çayxanaların
sahiblərinə ciddi xəbərdarlıq edilib. Şəhər ərazisində fəaliyyət göstərən çay evləri və çayxanalar
Ağköynək kəndi
Aşağı Salahlı kəndi
Orta Salahlı kəndi
Qazaxbəyli kəndi GOYEZEN.AZ
Facebook-da paylaş