Əsas Səhifə > Səhiyyə > Qazaxda dezinfeksiya işləri davam etdirilir

Qazaxda dezinfeksiya işləri davam etdirilir


23-10-2020, 15:44


Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər Qazaxda da davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər mərkəzində, eləcə də rayonun kəndlərində zəruri tədbirlər görülür. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq həyata keçirilən tədbirlərdən biri də aparılan dezinfeksiya işləridir.

Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ictimai iaşə obyektləri, əhalinin kütləvilik təşkil etdiyi ərazilər mütəmadi olaraq dezinfeksiya olunur. Tədbirlər çərçivəsində şəhər kəndlərdə fəaliyyət göstərən çay evlərində, çayxanalarda da dezinfeksiya işləri aparılır. Mərkəzin əməkdaşları tərəfindən şəhərdəki çay evləri və çayxanalar təkrar olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çay evlərinin və çayxanaların sahiblərinə ciddi xəbərdarlıq edilib.

Şəhər ərazisində fəaliyyət göstərən çay evləri və çayxanalar















 

 Ağköynək kəndi




 Aşağı Salahlı kəndi



Orta Salahlı kəndi 



 Qazaxbəyli kəndi



GOYEZEN.AZ


Geri qayıt