Qazaxda dezinfeksiya işləri davam etdirilir
Respublika
Prezidenti cənab İlham
Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə iyulun 1-də Nazirlər
Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində
verilmiş tapşırıqların icrası ilə əlaqədar Qazax rayonunda da pandemiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Rayonda koronavirus (COVID - 19) infeksiyasına
yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. RİHB yanında yaradılmış
operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Gigiyena və
Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilən işlər xüsusi
karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin
ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət
edilməklə yerinə yetirilir. Əhalinin daha çox kütləvilik təşkil etdiyi Mərkəzi
bazarda və ətrafında fəaliyyət göstərən ticarət obyektlərində mütəmadi olaraq
dezinfeksiya işləri aparılır. Qazax Rayon Gigiyena və Epidemiologiya
Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya
xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı
ilə dərmanlanır. Məlumat üçün qeyd edək ki, bu günə kimi,
istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya
işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları
tərəfindən Xloromin B,
xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən
istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış
binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində
əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə
edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200
qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər
maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya
işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə
olunur. Mərkəzi bazar
GOYEZEN.AZ
Facebook-da paylaş