• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda növbəti dezinfeksiya işləri aparılıb


Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qazax rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər mərkəzində, eləcə də rayonun kəndlərində zəruri tədbirlər görülür. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq həyata keçirilən tədbirlərdən biri də aparılan dezinfeksiya işləridir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ictimai iaşə obyektləri, əhalinin kütləvilik təşkil etdiyi ərazilər dezinfeksiya olunur. Həyata keçirilən bütün işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. Əl aparatı vasitəsilə, eləcə də maşınla aparılan dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir.

Bu gün növbəti dezinfeksiya işləri rayonun Ağköynək, Xanlıqlar, Hüseynbəyli, Kosalar, Canalı, Daş Salahlı, Quşçu Ayrım, Abbasbəyli, Alpout, Dəmirçilər, Çaylı, Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli, Qaymaqlı, Yuxarı Salahlı kəndlərində fəaliyyət göstərən çayxanalarda aparılıb. Mərkəzin əməkdaşları tərəfindən kənd çayxanaları Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunmayan çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.

Şəhər ərazisində fəaliyyət göstərən çayxana



Ağköynək kəndi





 

Xanlıqlar kəndi



 Kosalar kəndi



 Daş Salahlı kəndi



 Quşçu Ayrım kəndi


 Abbasbəyli kəndi



 Alpout kəndi


 Çaylı kəndi




 Birinci Şıxlı kəndi


 İkinci Şıxlı kəndi





 Aslanbəyli kəndi





 Qaymaqlı kəndi



 Yuxarı Salahlı kəndi




GOYEZEN.AZ



Facebook-da paylaş