• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda xüsusi karantin rejimini pozaraq nəvəsinə sünnət məclisi təşkil edən şəxs cərimə olunub


Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir. Ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri rayonda birmənalı şəkildə icra olunur. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparır, reydlər keçirirlər.

Rayonda xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında da ciddi tədbirlər görülür. Kafe və restoranlarda, eləcə də vətəndaşların yaşadıqları evlərin həyətində kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində də təxirəsalınmaz işlər həyata keçirilir.

Avqustun 15-də keçirilən növbəti reyd zamanı da Qazax rayon Kosalar kənd sakini Qurbanova Zeynəb Məsim qızının xüsusi karantin rejiminin qaydalarını pozaraq nəvəsinə sünnət məclisi təşkil etməsi məlum olub. Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Z.Qurbanova barəsində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq cərimə edilib.





GOYEZEN.AZ



Facebook-da paylaş