Qazaxda mobil qrup üzvlərinə xəbərdarlıq olunub
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi
təhlükəni aradan qaldırmaq, infeksiyanın yayılmasının qarşısının alınması
məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi
qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri
həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və
kəndlər üzrə yaradılmış hər biri 5 nəfərdən ibarət olan 30 mobil
qrup fəaliyyət göstərir. Tərkibində bir nəfər DİN əməkdaşı
olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati
Ərazi Dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların
nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində
yas mərasimlərinin təşkil olunmasını, həmin mərasimlərdə vətəndaşların kütləvi
şəkildə toplaşmasını daim nəzarətdə saxlayır. Bu məqsədlə Rayon İcra Hakimiyyəti başçısı yanında
yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar
tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması
vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər keçirilir. Bu gün mobil qrup üzvlərinin fəaliyyəti
müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov mobil qrup üzvlərinə verilən tapşırıqların icrası ilə
bağlı iradlarını bildirib və xəbədarlıq edib. İcra başçısı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimindəkütləvi şəkildə toplaşmağın
birmənalı şəkildə yolverilməz olduğunu, vətəndaşlara məhz onların
sağlamlığı üçün bu cür reydlərin keçirildiyini çatdırmağı bildirib. Dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərə hər bir vətəndaşın
dəstək olmasını, görülmüş işlərə öz əməli işləri ilə töhfə verməsini qeyd edib. Rayon rəhbəri
sonda mobil qrupların fəaliyyətini müzakirə edərək bir daha aidiyyəti üzrə bəzi
tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş