Qazaxda COVID-19 infeksiyasına qarşı aparılan dezinfeksiya işləri davam etdirilir
Payız fəslinin gəlişi ilə əlaqədar havaların tez-tez dəyişməsi müxtəlif xəstəliklərlə yanaşı, koronavirus (COVID-19) infeksiyasının da yenidən baş qaldırmasına səbəb olub. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən profilaktiki tədbirlər gücləndirilib.
Rayonda koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. Belə ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir.
Növbəti dezinfeksiya işləri şəhər ərazisində fəaliyyət göstərən çay evlərində aparılıb. Mərkəzin əməkdaşları tərəfindən çay evləri Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən hazırlanmış xüsusi məhlulla dezinfeksiya olunub. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunmayan çay evlərinin sahiblərinə ciddi xəbərdarlıq edilib.
Şəhər ərazisində fəaliyyət göstərən çay evləri
GOYEZEN.AZ
Facebook-da paylaş