Koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə Qazax rayonunda
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq,
koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün
şəhər mərkəzində,
eləcə də rayonun kəndlərində zəruri tədbirlər görülür. İnfeksiyanın yayılmasının
qarşısının alınması məqsədilə mütəmadi olaraq həyata keçirilən tədbirlərdən
biri də aparılan dezinfeksiya işləridir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən Qazax
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ictimai iaşə
obyektləri, əhalinin kütləvilik təşkil etdiyi ərazilər dezinfeksiya olunur.
Həyata keçirilən bütün işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və
rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı
müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. Əl aparatı vasitəsilə, eləcə də maşınla aparılan
dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir.
Bu gün növbəti dezinfeksiya işləri rayonun Ağköynək,
Xanlıqlar, Hüseynbəyli, Kosalar, Canalı, Daş Salahlı, Quşçu
Ayrım, Abbasbəyli, Alpout, Dəmirçilər, Çaylı, Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli, Qaymaqlı, Yuxarı Salahlı kəndlərində
fəaliyyət göstərən çayxanalarda aparılıb. Mərkəzin əməkdaşları
tərəfindən kənd çayxanaları Xloromin B,
xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici
maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub. Eyni zamanda
sanitar-gigiyena qaydalarına əməl olunmayan çayxana sahiblərinə ciddi
xəbərdarlıq edilib.
Şəhər ərazisində fəaliyyət göstərən çayxana
Ağköynək kəndi
Xanlıqlar kəndi
Kosalar kəndi
Daş Salahlı kəndi
Quşçu Ayrım kəndi
Abbasbəyli kəndi
Alpout kəndi
Çaylı kəndi
Birinci Şıxlı kəndi
İkinci Şıxlı kəndi
Aslanbəyli kəndi
Qaymaqlı kəndi
Yuxarı Salahlı kəndi
GOYEZEN.AZ
Geri qayıt
|