• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mərkəzi bazarda və ticarət mərkəzlərində dezinfeksiya işləri aparılıb


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tapşırıq və göstərişlərinə əsasən infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Qazax rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhərdə, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə rayonda əhalinin daha çox istifadə etdiyi kənd təsərrüfatı məhsullarının satışı bazarında sanitar-təmizlik işlərinə nəzarət gücləndirilib. Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən əhalinin daha çox kütləvilik təşkil etdiyi Mərkəzi bazarda və ətrafında fəaliyyət göstərən ticarət obyektlərində dezinfeksiya işləri aparılıb.

Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və əlaqədar dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən dezinfeksiya işləri zamanı bazarın giriş və çıxışları, satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub, əl aparatı ilə dərmanlanıb, ərazidə təmizlik işləri görülüb.

Qeyd edək ki, həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. İnsanların sağlamlığının qorunması və əhalinin təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Mərkəzi Bazar









Nərgiz Ticarət Mərkəzi 



Universam Ticarət Mərkəzi 




GOYEZEN.AZ



Facebook-da paylaş