Əsas Səhifə > Səhiyyə > Qazaxda mərkəzi bazar və ticarət mərkəzləri növbəti dəfə dezinfeksiya edilib

Qazaxda mərkəzi bazar və ticarət mərkəzləri növbəti dəfə dezinfeksiya edilib


27-10-2020, 19:18


Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tapşırıq və göstərişlərinə əsasən infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qazaxda da zəruri tədbirlər görülür.

Son günlərdə koronavirusa yoluxanların sayında artımın olması nəzərə alınaraq infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə rayonda əhalinin daha çox istifadə etdiyi kənd təsərrüfatı məhsullarının satışı bazarında sanitar-təmizlik işlərinə nəzarət gücləndirilib. Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq əhalinin daha çox kütləvilik təşkil etdiyi mərkəzi bazar və ətrafında fəaliyyət göstərən ticarət obyektləri növbəti dəfə dezinfeksiya olunub.

Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının və əlaqədar dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən dezinfeksiya işləri zamanı bazarın giriş və çıxışları, satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici məhlulla əl aparatı ilə dərmanlanıb.

Qeyd edək ki, həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. İnsanların sağlamlığının qorunması və əhalinin təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda dezinfeksiya işlərinin aparılması mütəmadi olaraq həyata keçirilir.

Mərkəzi bazar








 Nərgiz Ticarət Mərkəzi 











 Universam Ticarət Mərkəzi 





GOYEZEN.AZ


Geri qayıt