• Təqvim

  • Maraq



Daş Salahlı kəndində Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyü vurulub


"Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq fəaliyyətə başladığı ilk gündən rayonda görülən işlərə öz töhfəsini verir. Tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan zavod öz xeyirxah əməlləri ilə hər zaman seçilir. Bunu zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi sosial layihələr, çoxsaylı işlər söyləməyə əsas verir. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçasının və 3 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir. Bundan başqa, pandemiya dövründə ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılması söylədiklərimizin əyani sübutudur. 

Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələrinə, qazilərimizə hər zaman diqqət və qayğı göstərir. Zavodun rəhbərliyi və kollektivi daim şəhidlərimizin xatirələrini əziz tutaraq ehtiramla anır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda 11 nəfər şəhid ailəsinin üzvü çalışır.

Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması da şəhidlərimizə olan böyük hörmət və ehtiramın ifadəsidir.
 İyulun 20-də Şəhidlər Xiyabanına gedən yola asfalt örtüyü vurulub. 

"Arkoz Qazax Sement Zavodu” MMC-nin Daş Salahlı kəndində gördüyü işlər, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərdikləri qayğı sakinlər tərəfindən də razılıqla qarşılanır və buna görə minnətdarlıq edirlər. 


GOYEZEN.AZ



Facebook-da paylaş