• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsində qazanılan Qələbənin ikinci ildönümünə həsr olunmuş "Cənnətə çevrilmiş Qarabağ" adlı şeir müsabiqəsi keçirilib


Oktyabrın 12-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbənin ikinci ildönümünə həsr olunmuş "Cənnətə çevrilmiş Qarabağ" adlı şeir müsabiqəsi keçirilib. 

Müsabiqədə münsif kimi “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib. 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  



Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə müsabiqəni açıq elan edərək, iştirakçıları salamlayıb, müsabiqənin şərtləri barədə ətraflı məlumat verb.


Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova 44 günlük Vətən müharibəsindən, Ordumuzun keçdiyi döyüş yolundan danışıb. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdığını qeyd edib. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmağın, onları gəncliyə nümunə göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Sonra şeirlərini təqdim etmələri üçün söz şagirdlərə verilib, münsiflər şagirdlərin söylədikləri şeirlərə öz fikirlərini bildirərək qalibləri seçiblər.

Müsabiqənin nəticələrinə əsasən Məmmədli Gözəl Ruslan qızı I yerin, Pirməmmədova Səadət Mürsəl qızı II yerin, Hacıyeva Maya Məhəmməd qızı isə III yerin qalibi olublar.

Müsabiqədə I,II,III yeri tutan şagirdlərə “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən hədiyyə və diplom, digər iştirakçıların hər birinə isə sertifikat təqdim edilib.

GOYEZEN.AZ



Facebook-da paylaş