Anadan igid doğulan Vətən oğullarını unutmağa haqqımız yoxdur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Vətənpərvərliyin ən ali məqamıdır
- şəhid olmaq, bu uca zirvəyə yüksəlmək. Tarix boyu Azərbaycanın igid, mərd, vətənsevər oğul və
qızları məhz bu amal uğrunda yaşayıblar. Ölümün gözünə dik baxaraq Vətən,
torpaq, yurd yolunda canlarından keçiblər. Bu ucalığa yüksələnlərin, bu ömür
yolunu seçənlərin həyatı nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Ona görə də bizlərin haqqı çatmır ki, anadan igid
doğulan Vətən oğullarını unudaq. Torpaqlarımızın
qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik
zirvəsinə ucalanları unutsaq bu torpağın havası, suyu belə bizlərə haram olar.
Canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına sahib
çıxdığımız kimi, onları da daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə
tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır. Çünki "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”
şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə
atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün
şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək
və ruhlarını şad etmək bizim hər birimizin müqəddəs vəzifəsidir. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər
zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi,
döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə
olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı
Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə
döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah
da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla
yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ
müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini
əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha
bir bariz nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – çavuş Surxay Məmmədovun, çavuş Pərvin İsgəndərovun, Rəşad Quluyevin, baş çavuş Alı Alıyevin, Şəmisdan Əmiraslanovun, Vidadi Göşşüyevin, Həmid Tağıyevin, çavuş Səlamət Həsənovun, Söhrab Pirvəliyevin, Mehman Cürənov əziz xatirəsini ehtiramla yad edirik. Çavuş Məmmədov Surxay Nəsib oğlu Məmmədov
Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü
ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə
olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak
etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə
görə” medalı ilə təltif olunmuşdur. Çavuş İsgəndərov Pərvin Pərviz oğlu Çavuş
İsgəndərov Pərvin Pərviz oğlu 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan
olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta
məktəbin 1-ci sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini
bitirmişdir. 2013-cü ildə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi
tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2015-ci ildə isə
tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan
Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə
başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi
hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş
Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd
qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd oğlunun yanında dəfn
edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğul
övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə
fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur. Quluyev Rəşad Şəhraz oğlu Quluyev
Rəşad Şəhraz oğlu 27 noyabr 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində
anadan olmuşdur. 1990-cı ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə
daxil olmuş, 1994-сü ildə həmin məktəbin dördüncü sinfini bitirmişdir. 1994-cü
ildə Xanlıqlar kənd əsas məktəbin beşinci sinfinə daxil olmuş və 1999-cu ildə həmin
məktəbin doqquzuncu sinfini bitirmişdir. 25 iyun 1999-cu ildə Bala Cəfərli kəndində
ot sahəsindən araba ilə ot gətirərkən ermənilər tərəfindən qoyulmuş minaya
düşmüşdür. Baş çavuş Alıyev Alı Hümbət
oğlu Alıyev
Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə
olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində
erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci
ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu Əmiraslanov
Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin
onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı
Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu Göşşüyev
Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1
nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində
hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü
olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə "Satılmış” adlanan ərazi
ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur.
Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 nömrəli tam orta məktəbə və bir
bulağa şəhidimizin adı verilmişdir. Tağıyev Həmid Bəhmən oğlu Tağıyev Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax
rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1980-ci ildə Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin
birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin orta məktəbi bitirmişdir. SSRİ
silahlı qüvvələrində hərbi xidmət etmişdir. Könüllü olaraq Milli Orduya
yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi
yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə
evlərinin yaxınlığındakı bir bulağa şəhidimizin adı verilmişdir. Çavuş Həsənov Səlamət Muxtar oğlu Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə
Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd
tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin səkkizinci
sinfini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin
onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya
yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi
yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var. "Hərbi
xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Adını
əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa
şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir. Pirvəliyev Söhrab Aslan oğlu Pirvəliyev
Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinfinə daxil
olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 27 iyun 1995-ci ildə Goranboy
rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi. Cürənov Mehman Məcid oğlu Cürənov
Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır.
1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27
iyun 1992-ci ildə Qızılhacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid
olmuşdur.
Facebook-da paylaş