• Təqvim

  • Unutma

  • Maraq



Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrinə müraciət etmiş vətəndaşların istəkləri dinlənilib


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürmələri onu göstərir ki, bu amil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, eyni zamanda hər bir dövlət məmuru üçün nümunədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 269 nəfər vətəndaş qəbul edilib. Onlardan 171 nəfərin müraciəti müsbət həll olunub, 98 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 21 nəfər vətəndaş müraciət edib. Onlardan 5 nəfər xəstəlik, 4 nəfər işə qəbul, 3 nəfər digər xəstəxanalara göndəriş, 1 nəfər əlillik dərəcəsinin təyini, 2 nəfər stasionar müalicə, 5 nəfər dərman və aparat, 1 nəfər sənədlə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 12-si yerində həll edilib, 9-u isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 5 nəfərin müayinə, 2 nəfərin səhhəti, 1 nəfərin işə qəbul ilə bağlı istəyi dinlənilib. Müraciətlərin 7-si yerində həll edilib, 1-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 138 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 101 nəfərin istəyi müsbət həll edilib, 37 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 74 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 33 nəfərin istəyi müsbət həll edilib, 41 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfərin nömrənin ad dəyişməsi, 2 nəfərin internet xəttinin çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb. 

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən vətəndaşlardan 6 nəfərin əməkhaqqı kartının sifariş olunması ilə bağlı istəkləri müsbət həll olunub. 

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş vətəndaşlardan 4 nəfərin su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib. 1 nəfərin su xəttinin çəkilməsi ilə bağlı müraciəti icradadır.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 4 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın dərs saatı, 1 nəfər vətəndaşın təqaüdü, 1 nəfər vətəndaşın övladının bağçaya yerləşdirilməsi ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə müraciət etmiş 1 nəfərin sayğac, 1 nəfərin qaz sızması ilə bağlı müraciətləri təmin edilib. 2 nəfərin sayğacla bağlı müraciətlərinə qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş