Vətəndaş məktubundan: “Cənab Prezident, atdığınız bütün addımlar bir daha onu göstərir ki, xalqımızın rifahının daha da yaxşılaşdırılması dövlətimiz üçün prioritet istiqamətlərdəndir”
Hümbət Həmidovdan,
Hörmətli cənab Prezident.
Sizin aztəminatlı ailələrin sosial problemlərinin həll olunmasında atdığınız bütün addımlar, qəbul etdiyiniz vacib qərarlar bir daha onu göstərir ki, xalqımızın rifahının daha da yaxşılaşdırılması dövlətimiz üçün prioritet istiqamətlərdəndir.
Cənab Prezident, dövlətimizin, bilavasitə Sizin qayğınızın nəticəsində aztəminatlı ailələrin ünvanlı sosial yardım ilə təmin edilməsindən sonra rifahının yüksəlməsi xalqımızın dövlətə və Zati-alinizə inamını daha da gücləndirir.
Dünyadakı iqtisadi çətinliklərə baxmayaraq həssas təbəqədən olan vətəndaşlara göstərdiyiniz diqqət və qayğı ruh yüksəkliyi yaradır.
Bu il pensiyaların artımı da bizi çox sevindirdi. Bir vətəndaş olaraq özüm və təqaüdçü həyat yoldaşım adından Sizə dərin təşəkkürümü bildirirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Həmidov Hümbət Binnət oğlu
Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.
19 sentyabr 2022-ci il
Facebook-da paylaş