Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsi deməkdir. Bu, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 12-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 241 nəfər vətəndaş qəbul edilib. Onlardan 123 nəfərin müraciəti müsbət həll olunub, 118 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 88 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 51 nəfərin istəyi müsbət həll edilib, 37 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 100 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 30 nəfərin istəyi müsbət həll edilib, 70 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 5 nəfər vətəndaş işlə təmin olunma ilə bağlı müraciət edib ki, vətəndaşların müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına internet xəttinin çəkilməsi ilə bağlı müraciət etmiş 1 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb.
"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub.
Qazax Rayon Suvarma Sistemləri İdarəsinə həftə ərzində müraciət etmiş 1 nəfər Ürkməzli kənd sakininin yonca sahəsini suvarmaq üçün böyük qajın içərisinin təmizlənməsi ilə bağlı müraciəti müsbət həll edilib. Traktor vasitəsilə sözügedən qajın içərisi təmizlənib.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfər vətəndaşın su xəttindəki qəza və su sayğacının qoyulması barədə istəyi müsbət həll edilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 2 nəfərin subsidiyanın köçməməsi barədə müraciəti dinlənilərək vətəndaşlara qanunamüvafiq izahat verilib.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın əməkhaqqının düzgün hesablanması ilə bağlı müraciətinə qanunamüvafiq izahat verilib.
Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 10 nəfər vətəndaşın müalicə və müayinə ilə bağlı istəyi təmin olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 25 nəfər vətəndaş müraciət edib. Onlardan 8 nəfər xəstəliklə, 7 nəfər sənəd və arayışla, 3 nəfər işə qəbulla, 7 nəfər digər xəstəxanalara göndərişlə bağlı müraciət etdiyini bildirib. 22 nəfərin müraciəti yerində həll edilib, 3 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Elektrik Şəbəkəsinə həftə ərzində elektrik xətti, smart kart sayğacla bağlı müraciət etmiş 4 nəfər vətəndaşın istəyi təmin edilib.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş