• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilib

Qazaxda "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilib
Qazaxdakı Ədəbiyyat Muzeyində Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilib.

Tədbirdə RİHB aparatının sektor müdiri, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri, fəal gənclər, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə, bələdiyyə, QHT sahəsində çalışanlar və KİV nümayəndələri iştirak ediblər.

Qazax RİHB aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və əhəmiyyəti haqqında toplantı iştirakçılarına məlumat verib.
Qazaxda "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilib
Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda məruzə ilə çıxış edərək regional mərkəz tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrdən, maarifləndirmə tədbirlərindən danışıb.
Qazaxda "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilib
Sonra rayon prokurorunun köməkçisi Nəriman Əsədov, QHT rəhbəri Ramil Göyüşov, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Ceyhun Rüstəmov və başqaları mövzu ətrafında çıxış edərək bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Qazaxda "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilib
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş