Ötən gün Kür çayının daşması ilə əlaqədar Aşağı Salahlı kəndində vətəndaşların qaldırdığı məsələ artıq müsbət həllini tapıb və sakinlər buna görə minnətdarlıq edirlər – VİDEO
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
vətəndaşlara göstərilən diqqət və qayğı Qazaxda da hər
zaman hiss olunur. Rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət,
vətəndaşlara göstərilən qayğı, edilən müraciətlərə operativ şəkildə cavab
verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən
yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə
tapşırıq verilməsi Qazaxda vətəndaş amilinin daim diqqət mərkəzində olmasından
xəbər verir. Vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün hər bir qazaxlı
Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə
baxılacağına, həssaslıqla yanaşılacağına inanır. Aprelin 8-də Kür çayının daşması ilə əlaqədar bir
qrup Aşağı Salahlı kənd sakininin müraciətinə əsasən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra
aparatının məsul işçiləri və Suvarma Sistemləri İdarəsinin
rəisi Məhəd Vəkilovla birlikdə vətəndaşların problemləri
ilə yerində tanış olması, qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti
üzrə müvafiq tapşırıqlar verməsi barədə məlumat vermişdik. Qeyd edək ki, qaldırılan məsələ artıq öz
müsbət həllini tapıb. Vətəndaşların Kür çayının daşması səbəbindən
çaya yaxın ərazidə yerləşən pay torpaq sahələrinin yuyulmasının qarşısının
alınması ilə bağlı lazımi tədbirlər görülüb, bənd salınaraq suyun axması
dayandırılıb. Aşağı Salahlı kənd sakini Nuruyev Mirzə Vəli oğlu da Qazaxda dövlətin və ölkə başçısının vətəndaşlara
olan qayğısını hiss etdiyini, bunun ötən gün rayon rəhbərliyinə etdiyi
müraciətə operativ şəkildə baxılmasında bir daha şahidi olduğunu qeyd edir. Bu barədə GOYEZEN.AZ internet
portalına fikirlərini bölüşən Mirzə Nuruyevin minnətdarlıq və razılıq dolu
həmin videosunu təqdim edirik.
Facebook-da paylaş