• Təqvim

  • Maraq

Yaşadığımız küçəyə yeni asfalt örtüyü salındı

Qazax respublika mətbuatında-----------------------

Minnətdarlıq

Bölgələrdə həyata keçirilən quruculuq işləri davam edir. Bunu son bir neçə ildə Qazaxın timsalında görmək mümkündür.

Rayon mərkəzininn içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin cari və əsaslı təmiri, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq “abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi həmin işlərin kiçik siyahısıdır.

Hörmətli redaksiya! Bizim bina Qazaxın Süleyman Rüstəm küçəsində yerləşir. Uzun illər idi ki, abadlıq və quruculuq işləri aparılmadığından küçə yararsız hala düşmüşdü. Bu yaxınlarda bizim küçədə də yenidənqurma işlərinə başlanıldı. Küçəyə asfalt döşəndi, səkilər təmir olundu. İndi sakinlər rahatlığa çıxıblar. Görülən işlərdə əməyi olan hər kəsə qəzetiniz vasitəsilə təşəkkür edirik.

Əlövsət QASIMOV,

Qazax şəhər S.Rüstəm küçəsinin sakini

“Azərbaycan” qəzeti, səhifə 11

6 avqust 2026-cı il




Facebook-da paylaş


{sape_links}