• Təqvim

  • Maraq



Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Gənclər, təbiət, könüllülər” devizi altında ağacəkmə aksiyası keçirilib


Ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Noyabrın 26-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Gənclər, təbiət, könüllülər” devizi altında ağacəkmə aksiyası keçirilib. 


“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialında keçirilən aksiyada 100 ədəd eldar şamı ağacı əkilib.   

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Qoruğun əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbə və müəllimləri iştirak ediblər. 

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Aksiyadan sonra tələbələr “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialında olublar. Gənclərə Qoruğun fəaliyyəti, filialları, həmçinin “Damcılı” filialında aparılan arxeoloji qazıntı işləri zamanı tapılan nümunələr barədə ətraflı məlumat verilib.



Facebook-da paylaş