• Təqvim

  • Maraq



“Milli dirçəlişdən milli tərəqqiyə. Tarixi yolun başlanğıcı” mövzusunda mühazirə oxunub


Noyabrın 17-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət  Sosial-İqtisadi Kollecində 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar “Milli dirçəlişdən milli tərəqqiyə. Tarixi yolun başlanğıcı” mövzusunda mühazirə oxunub.

Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Kollecin müəllim və I kurs tələbələri iştirak ediblər. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi həyata keçirilən bu cür layihələrin tələbələr üçün böyük əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, xalqın firavan həyatına, dünyada tanıdılmasına həsr edən xalqımızın böyük oğlu, dahi insan Heydər Əliyev müasir tariximizin əvəzedilməz şəxsiyyətidir. Onun həyatı, siyasi fəaliyyəti gələcək nəsillər üçün bir örnək olmalı, hər bir gənc öz dahi liderini unutmamalı və onun qurub yaratmış olduğu müstəqil Azərbaycanın bundan sonra da inkişafında öz xidmətlərini əsirgəməməlidir. Bunun üçün isə tarixi şəxsiyyət olan Heydər Əliyevin nümunəvi həyat və siyasi fəaliyyəti haqqında dərin biliklərə sahib olmalıdır. Bu işdə Heydər Əliyev Mərkəzinin göstərdiyi xidmətlər təqdirəlayiqdir. 


Mərkəzin direktoru Ceyhunə Hüseynova Milli Dirçəliş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan danışıb. Bildirib ki, Azərbaycan  müstəqilliyinin  ilk dövrlərində  sınaqlarla üz-üzə qaldı. Amma Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını üzərinə götürərək Vətənə qayıtması ilə ölkəmizin milli-siyasi azadlıq hərəkatında tamamilə yeni mərhələnin açılması başlandı. Heydər Əliyev böyük tarixi addım ataraq özünün sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ilk sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözünün çıxarılması haqqında qərar qəbul edildi. Eyni zamanda, həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələnin müzakirəsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar qəbul edilib. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan şərəfli yolun başlanğıcı qoyulub. Bu yol çox keşməkeşli, eyni zamanda, şərəfli və qürurlu hadisələrlə zəngin olub. Bir çox uğurlar əldə etmişik, nailiyyətlər qazanmışıq. Ən böyük nailiyyətimiz isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbəmiz olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, haqq-ədalət öz yerini tapıb, dövlətimizin suverenliyi tam bərpa edilib, ölkəmiz tarixinin yeni dövrünə daxil olub. Bu gün ölkədə səmərəli sosial siyasət, dərin islahatlar strategiyası, regionların davamlı sosial-iqtisadi inkişafı, beynəlxalq iqtisadi əlaqələr, sabitlik, etibarlı təhlükəsizlik mühiti, tolerantlıq mühiti formalaşıb. Bütün bunların təməlində isə Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl və Prezident İlham Əliyev potensialının hüdudsuzluğu dayanır. 



Facebook-da paylaş