• Təqvim

  • Maraq



“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir


“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Dərslərdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin tarix müəllimi Vəfa Məşiyeva, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin tarix müəllimi Yeganə Həsənova, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin tarix müəllimi Aygün Musayeva, Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin müəllimi İdeya Nuruyeva və adı çəkilən məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.

“Milli dövlətçiliyimizin xilaskarı”, “Tarixin yetirdiyi nadir şəxsiyyət”, “Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü”, “Ulu Öndər Heydər Əliyevin siyasi irsi” başlıqlı dərslərdə Ümummilli Liderin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açılıb. Ulu Öndərin siyasi fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlərindən, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində tarixi təşəbbüsündən, uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasından, həm SSRİ, həm də müstəqillik illərində xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması istiqamətində atdığı tarixi addımlardan bəhs edən mühazirələr oxunub. 

Dərslərin sonunda mövzu ətrafında sual-cavab aparılıb.



Facebook-da paylaş