• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində “Ucal hər an bayrağımız, məğrur dayan bayrağımız!” adlı tədbir keçirilib


Noyabrın 6-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Ucal hər an bayrağımız, Məğrur dayan bayrağımız!” başlıqlı tədbir keçirilib. 

Tədbirdə məktəbin psixoloqu Samirə Nəbiyeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Afaq Zeynalova, məktəbin şagirdləri və Mərkəzin əməkdaşları iştirak ediblər. 

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanmış videoçarx nümayiş etdirilib.


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq müstəqillik rəmzimiz olan bayrağımızın tarixi haqqında məlumat verib. C.Hüseynova bildirib ki, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Hər il olduğu kimi, bu il də Bayraq Günü xüsusi qeyd edilir. C.Hüseynova Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının üçrəngli bayrağının ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsinin çox cəsarətli bir addım olmasını qeyd edib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmaq, onu yüksəklərdə dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. 

Sonda məktəbin şagirdləri Zümrüd Paşayeva, Ayan Məmmədli, Sevgi Zeynallı, Aybəniz Qurbanzadə xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. 



Facebook-da paylaş