• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda təşkil edilmiş viktorinaların qalibləri bəlli olub


Oktyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda təşkil edilmiş viktorinaların yekun mərhələsi keçirilib. Viktorinaların təşkil edilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin və müasir Azərbaycan tarixinin daha geniş təbliğ etməkdir.  

Tədbirdə Mərkəzin əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda metodist Məhəmməd Cəfərov, tarix müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Sonra “Heydər Əliyev və Azərbaycan tarixi” adlı videoçarx nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək Ulu Öndərin həyat və siyasi fəaliyyəti, “Heydər Əliyev İli” haqqında məlumat verib. C.Hüseynova viktorinaların təşkil edilməsinin əsas məqsədindən danışaraq bildirib ki, rayonun orta ümumtəhsil məktəblərini əhatə edən viktorinalarda şagirdlərə Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda açıq tipli 25 sual təqdim edilib. Sualları ən çox düzgün cavablandıran şagird qalib seçilib. 

Yekun nəticələrə əsasən Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli orta məktəbin VIII sinif şagirdi Rəşad Nəsibov, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İnci Səmədli, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şayəstə Rzayeva, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əli Əliyev, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin IX sinif şagirdi Nərmin Məmmədova, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VIII sinif şagirdi Fidan Qasımova, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin VIII Sənubər Qasımova, Qazax rayon Canalı kənd tam orta məktəbin IX sinif şagirdi Sevgi Məmmədli, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin X sinif şagirdi Hənifə Məmmədli, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Şəfiqə Nəsibova suallara ən çox düz cavabları ilə viktorinanın qalibləri olublar.

Qaliblərə Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Fəxri Fərmanlar təqdim olunub. 



Facebook-da paylaş