“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən viktorinalara start verilib
Qazax Rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına əsasən rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən viktorinalara start verilib.
Viktorinaların təşkil edilməsində məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, müasir Azərbaycan tarixinin yeniyetmə və gənclərə daha geniş təbliğ edilməsi və uşaqların maarifləndirilməsidir.
Viktorinalar üçün Qazax Rayon Heydər Əliyev Mərkəzinin elmi heyəti tərəfindən 25 sual hazırlanıb. Şagirdlər arasında keçirilən viktorinalar iki mərhələdən ibarət olacaq. Birinci mərhələ məktəblərdə seçim turlarından, ikinci mərhələ isə seçim turlarında daha çox düzgün sual cavablandıran şagirdlərin Mərkəzdə mükafatlandırma mərhələsindən ibarətdir.
İlk yarışma oktyabrın 11-də Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin IX sinif şagirdləri arasında keçirilib. 23 şagirdin qatıldığı viktorinada ilk olaraq Mərkəzin direktoru Ceyhunə Hüseynova dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Sonra müəyyən vaxt məhdudiyyəti ilə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, müasir Azərbaycan tarixindən bəhs edən suallar cavablandırılıb.
Bütün məktəbləri əhatə edəcək viktorinaların yekununda sual vərəqləri yoxlanılacaq və ən çox düzgün cavab yazmış şagird müəyyən ediləcək.
Facebook-da paylaş