• Təqvim

  • Maraq



“Heydər Əliyev İli” çərçivəsində “Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib


Mayın 30-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qazax şəhər 5 saylı Körpələr Evi-Uşaq bağçasının körpə fidanlarının iştirakı ilə “Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq uşaqları bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək, sevinc dolu günlər arzulayıb. Uşaqların sevimlisi olan Heydər babanın cəmiyyətin gələcəyi olan uşaqlara hər zaman diqqət və qayğısını əks etdirən videoçarxın nümayişindən sonra uşaqlar Ulu Öndər Heydər Əliyevə, Vətənə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.  

Sonda uşaqlar Mərkəzin ikinci mərtəbəsindəki Planetarumunda maraqlı cizgi filmlərinə baxıblar. 

Qazax şəhər 5 saylı Körpələr Evi-Uşaq bağçasının tərbiyəçiləri Solmaz Həsənova, Rəqsanə Əliyeva və Təranə Kəbiyeva Qazax Rayon Heydər Əliyev Mərkəzinə uşaqlar üçün təşkil edilmiş bayram tədbirinə görə minnətdarlıq ediblər.



Facebook-da paylaş