• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Dostluq görüşü" keçirilib


Mayın 27-də “Heydər Əliyev İli” çərçivəsində Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagird kollektivinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Dostluq görüşü" keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub. Ümummilli Liderin adını daşıyan Mərkəzdə həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 


Sonra tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını da bildiriblər. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlərdə torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda Qazax rayonu bu günə kimi 344 şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.


Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olan qonaqlara, məlumat verilərək bildirilib ki, 1918-ci ildən fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyasının tarixi binasının 2021-ci ilin sentyabrından ADA Universitetinin rektoru Hafiz Paşayevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə əsaslı şəkildə yenidən qurulmasına başlanılmış, bir ildən sonra tələbələrin istifadəsinə verilmişdir. Qonaqlar Mərkəzdə tədris olunan magistr ixtisasları və gələcəkdə açılacaq yeni ixtisaslar barədə də məlumatlandırılıblar.  

Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını ziyarət edən qonaqlar bu ünvandan da xoş təəssüratla ayrılıblar.  

Tədbir Qazax şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Geniş, maraqlı konsert proqramı ilə  keçirilən tədbir hər kəs tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli çıxış edərək göstərilən diqqət və qayğıya, qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayon üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Rövşanə Lətifova çıxış edərək Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı sahəsində həyata keçirdiyi işlərdən, misilsiz xidmətlərdən, mədəniyyət sahəsində çalışan insanlara verdiyi yüksək qiymət və dəyərdən danışıblar. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb, Qazaxda keçirilən tədbirə görə qonaqlara öz minnətdarlıqlarını bildiriblər.

Mayın 28-də qonaqlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialına və Göyəzən dağına ekskursiya ediblər. 



GOYEZEN.AZ



Facebook-da paylaş